Show TV dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı Qurban edildim...
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbulda narkotik və fahişəliyə cəlbetmə ittihamı ilə saxlanılan "Habertürk" kanalının Baş redaktoru Mehmet Akif Ərsoyun keçmiş həyat yoldaşı, məşhur aparıcı Pınar Ərbaşın işinə də "Show TV"də xitam verilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, keçmiş ərinin həbsindən sonra adının mediada çox hallanması səbəbindən məzuniyyətə çıxan aparıcıya "daha işə gəlmə" deyilib.
Bu barədə açıqlama verən aparıcı işindən keçmiş həyat yoldaşının "əsas" göstərilməsini qəbuledilməz və böyük haqsızlıq adlandırıb: "Qısamüddətli məzuniyyətdə idim. Əvvəlcə məzuniyyətim uzadıldı, sonra isə geri qayıtmamağım bildirildi. Rolum olmayan hadisədə qurban olmağımı qəbul etməyim mümkün deyil. Böyük bir ədalətsizlikdir...
Hüquqi və mənəvi cəhətdən sorğu-sual edilə bilməyən bir vəziyyətdə olsam da, "keçmiş həyat yoldaşı" olmağın əsaslandırılması ilə işimdən kənarlaşdırlmağımıa münasibəti ictimaiyyətin öhdəsinə buraxıram".
Aparıcı burada qadın haqlaırna da diqqət çəkib: "Əgər mən bir qadın olaraq bu ittihamların mərkəzində olsaydım, qarşı tərəf işdən çıxarılardımı? Bunu sual kimi verdim, amma cavab əslində, bilirəm...".
Aparıcının etirazını aşağıda olduğu kimi oxuya bilərsiniz:
Firudin Səfərli
MİA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 19 Yanvar 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















