Si Cinpin və Tramp İranla bağlı razılığa gəldilər
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı hazırlamamaqla bağlı öhdəliyinə əməl etməli olduğu barədə razılaşıblar.
Modern.az xəbər verir ki, bu barədə Si Cinpinin ABŞ-a dövlət səfərinin yekunlarına dair yayılan birgə məlumatda qeyd olunub. Məlumatı “Sinxua” yayıb.
İki ölkənin liderləri həmçinin razılaşıblar ki, heç bir dövlət və ya təşkilat beynəlxalq su yollarından gəmilərin keçidinə görə tranzit haqqı almaq hüququna malik deyil.
Si Cinpin ABŞ-a üçgünlük səfəri çərçivəsində Donald Trampla ikitərəfli münasibətlərə dair geniş müzakirələr aparıb. Görüşlərdə əsas beynəlxalq və regional məsələlər də müzakirə olunub.
Birgə məlumat Çin liderinin cümə günü ABŞ-a səfərini başa vurmasından sonra yayımlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 Sentyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















