Icma.az
close
up
RU
Sİ insan zəkasına qarşı: gələcək kimin olacaq?

Sİ insan zəkasına qarşı: gələcək kimin olacaq?

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Süni intellektin insanlara və müəssisələrə iş yerləri və məşğulluq üçün böyük transformasiya yaşadacağı ilə bağlı proqnozları hamımız oxumuşuq, az-çox məlumatlıyıq, amma bu prosesin necə olacağını tam olaraq bilmirik. Pessimist proqnozlar potensial kütləvi işsizliyin yaranacağını və dolayısı ilə bunun cəmiyyətin çökməsinə səbəb olacağı barədə xəbərdarlıq edirlər. Optimistlər isə bizi daha məhsuldar edəcək yeni bir iş dövrünün gələcəyini proqnozlaşdırırlar.

Ümumi mənzərə barədə bəzi proqnozlar var. Dünya İqtisadi Forumunun (WEF) proqnozlarından biri, süni intellektin 92 milyon iş yerini ləğv edəcəyi və 170 milyon yeni, fərqli imkanlar yaradacağı iddiasındadır. İlk baxışda bu hətta əla bir proqnoz təsiri bağışlayır. Amma əgər 30 ildir artıq yox olmaq üzrə olan işlərdən birində işləyirsinizsə və yeni işlərdən heç biri barədə bacarığınız yoxdursa, nə edəcəksiniz?

Bu gün iş yerlərinin süni intellekt tərəfindən ələ keçirildiyini, insanların getdikcə daha çox iş itirməsi ilə bağlı xəbərləri dünya mediasından oxuyuruq. İnsanlar özlərinin əvəzolunmaz olduqları barədə inanclarına artıq şübhə ilə yanaşırlar. Sİ bizi həqiqətən əvəz edə biləcəkmi? Əgər süni intellekt həqiqətən yeni iş yerləri yaradırsa, biz o işlərdən birini icra edə biləcəyikmi?

İnsanların süni intellekt səbəbindən işlərini itirdiyinə şahid olmaq üçün uzağa baxmağa ehtiyac yoxdur. Son zamanlar Microsoft-un proqram mühəndisləri, marketinq mütəxəssisləri, məhsul menecerləri, hüquqşünaslar və tədqiqatçılar da daxil olmaqla 6000 iş yerini ixtisar etməsi barədə bir çoxumuz məlumatlıyıq. Bu işlər artıq süni intellekt tərəfindən görülür. Daha sonra dünyanın ən böyük texnologiya şirkətlərindən biri İnternational Business Machines Corporation (IBM) əsasən İnsan Resursları işçiləri olan 8000 işçini işdən azad edəcəyini və onların bir çox funksiyalarının da Sİ vasitəsilə avtomatlaşdırıldığını təsdiqlədi.

2023-cü ildən başlayan ixtisarlar nəticəsində Google-da 10.000, Salesforce-da 700 iş yeri ixtisar edildi. Bəzi şirkətlər, məsələn, Banqalordakı e-ticarət şirkəti Dukaan-ın baş direktoru, süni intellekt 85% daha səmərəli olduğuna görə bütün müştəri ilə kontakt komandasını işdən çıxardı. Texnologiya və proqram təminatı mühəndisliyi dünyasından kənarda, mediada da ciddi ixtisarlar gedir. Media kapitanları hesab edir ki, Sİ ilə daha uğurlu iş görmək mümkündür.

Texnologiya sektorunda baş verən işdən çıxarmaları analiz edən onlayn platforma olan Trueup Tech Layoff Tracker-in hesablamalarına görə indiyə qədər 77.000-dən çox insan Sİ səbəbindən işsiz qalıb. Bu gündə orta hesabla 495 nəfərin işsiz qalması deməkdir. Aparılan canlı sorğular nəticəsində insanların 14 faizi işini avtomatlaşdırılmış sistemə görə itirdiyini deyib. Maraqlıdır ki, bunlar mütləq texnologiya işləri deyil. WEF-in hesabatına görə, süni intellekt çatdırılma xidməti, tikinti, kənd təsərrüfatı, qida emalı və tibb bacısı sahələrində bum yaradacaq, çünki insanlar süni intellektin hələ potensialının yetmədiyi sahələrdə işləməyə üz tuturlar.

Süni intellektin məşğulluğa təsiri hələ ki qorxulacaq həddə deyil. Proses başlasa da hələ erkən mərhələdədir. Süni intellekt və avtomatlaşdırmanın işləri öz əlinə cəmlədiyi bir gələcək hələ yaxın deyil. Bu proses boyunca insanlar süni intellekt dövründə də dəyərli qalmaq üçün lazım olacaq bacarıqlara yiyələnməlidir. Bu peşələr liderlik, ünsiyyət, komanda işi, qayğıkeşlik kimi insan mərkəzli bacarıqlardır.

Müəssisələr üçün bu, həm insanları süni intellektlə əvəz etmək yerinə onların iş əmsalını yüksəldən süni intellekt sistemləri ilə işləməyə sövq etmək deməkdir. Beləcə həm insan mərkəzli sistem fəaliyyət göstərmiş olur, həm də texnoloji yeniliklərdən faydalanaraq iş keyfiyyəti artır. Doğrudur, gələcək süni intellektin, texnoloji inqilabların, transformasiya olan iş dünyasınındır, lakin unitmaq lazım deyil ki, insansız, ünsiyyətsiz cəmiyyət də mümkün deyil. Axı iş yerləri, kollektivlər, ünsiyyət həm də sosiallaşmanın əsas şərtlərindən biridir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi ” istiqaməti çərçivəsində hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri