Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Netanyahu ABŞ yə səfər edəcək

Süni intellekt insan zəkasına qalib gəlsə...

Süni intellekt insan zəkasına qalib gəlsə...

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Biz könüllü köləlik dövründə yaşayırıq. İndi hamımız real yox, virtual dünyanın sakinləriyik. Çünki virtual dünyaya girdikdən sonra onun reallığı sizin reallığınıza çevrilir. Beləliklə, virtual dünya real həyatımıza nüfuz edir və bizi ssenarisini özü yazdığı tamaşanı nümayiş etdirən teatr kuklalarına çevirir.

Virtual dünyada insan qalmaq çətinləşir

Hamının əlindəki telefona, qarşısındakı kompyuterə baxdığı bir dövrdə heç kim real fikir mübadiləsi aparmır, ənənəvi yolla sosiallaşmır. Ancaq bizi insan edən şeylərdən biri də məhz sosiallaşmaq, ünsiyyət saxlamaq, münasibət qurmaqdır. Əks halda robotdan nə fərqi olar ki insanın?

Texnologiyanın zərərli təsirləri, təhlükələri, faydaları – bütövlükdə insan həyatına təsiri danılmazdır. Bəs bu təsir bizə nə verir, bizdən nə alır? Hər gün bir az da nəhəngləşən virtual dünya insanı insane olmaqdan bir az da uzaqlaşdırır. Bu sualın cavabına amerikalı psixoloq, zəka nəzəriyyəçisi Hovard Qardner deyir: “Bu virtual dünya gələcəkdə həyatı asanlaşdıra bilər, lakin insan qalmaq o qədər də asan olmayacaq. Bəlkə kompüterlər və süni intellekt bizə kömək edəcək, bəlkə də əksinə, bizi insanlıqdan uzaqlaşdıracaq. İnsan qala bilmək, yaxşı işlər görmək insanlar üçün o qədər də asan olmayacaq”.

Yaxın gələcəkdə insanlar kompyuter və süni intellekt vasitəsi ilə başqa bir insanın beynini oxuya biləcək, fikirlərini anlayacaq. Üstəlik bu tək insanlara tətbiq edilməyəcək, heyvan beynindən gələn siqnallar da oxunmağa çalışılacaq. Süni intellekt daha da yaradıcı və ağıllı olacaq. Bütün bunlar yəqin ki, insan zəkası ilə müqayisədə uçurum yaradacaq. İnsanlar kədərlənəndə, acıqlananda, kompleks edəndə keçirdiyi hisləri süni intellekt hələ ki ifadə edə bilmir, amma yaxın gələcəkdə bunun baş verməyəcəyinin qarantı yoxdur. Yəni bizi hələ çox dəyişiklik gözləyir.

Süni intellekt işimi əlimdən ala bilərmi?

Süni intellektin bir çox peşədə insanları əvəzləyəcəyi ehtimalı çoxdandır ki, var idi. Yaxın gələcəkdə süni intellektin veb-dizayner, loqo dizayneri, satış nümayəndəsi və auditor kimi peşələrdə insanları tamamilə əvəz etməsi də mümkündür, indi biz bunun nisbətən sadə imkanlarla tətbiqini görürük. Təbii ki, bunun birdən-birə baş verəcəyini gözləməməliyik. Çünki bəzi vərdişlər hələ dəyişilməyib, insan yerinə robotu qəbul etmək cəmiyyət üçün o qədər də asan olmayacaq. Lakin bir vaxtlar banka getmədən əməliyyatlar da mümkün deyildi, amma indi bir mobil tətbiqlə bütün bank əməliyyatlarımızı edə bilirik.

Süni intellekt həyatımızı asanlaşdırmaq üçün bir çox imkanlar təqdim etsə də, özü ilə bir çox riskləri də həyatımıza daxil etdi. Xüsusilə də iş dünyasında süni intellektin görə biləcəyi saysız-hesabsız işlər insanın əlindən alına bilər. ABŞ-da aparılan yeni bir araşdırma gələcəkdə insanları süni intellektlə əvəzləyəcək bir çox peşə sahibini narahat etdi. Maraqlıdır, süni intellekt hansı peşə sahiblərinin çörəyinə bais olacaq?

Süni intellekt vasitələrinin yalnız insanların edə biləcəyi düşünülən mürəkkəb tapşırıqları yerinə yetirmək qabiliyyəti heyranedicidir. Son aylarda mediada süni intellektin imtahan verdiyi və yaxşı bal topladığı, proqram təminatı istehsal etdiyi və bəzi həssas məsləhətlər verdiyi xəbərləri də yayıldı. Üstəlik, süni intellektin bacardığı sahələrin siyahısına hər gün yenisi əlavə olunur. Texnologiyanın bu qədər inkişafı, süni intellektin hazırkı performansı bəziləri üçün qorxulu sual da doğurur: Süni intellekt mənim işimi əlimdən ala bilərmi?

20 peşə təhlükədədir

ABŞ-ın Prinston Universitetinin araşdırması süni intellektin insanları əvəz edə biləcəyi 20 peşəni açıqlayıb. Peşələr arasındakı ən birinci yerdə çağrı mərkəzi operatorudur. Süni intellektin operatorluğu hətta insandan daha yaxşı bacardığı iddia edilir. Əslində, bir çox şirkətin bu iş üçün indi də süni intellektlə dəstəklənən “chat-bot”lardan istifadə etdiyini nəzərə alsaq, bu nəticə təəccüblü deyil.

Tədqiqatçılar əvvəlcə 800 adda iş yerinin süni intellekt tərəfindən avtomatlaşdırıla bilmə dərəcəsini ölçən bir alqoritm yaratdılar. Bu prosesdə tərcümə, dil modelləşdirmə və görüntü yaratma kimi funksiyaları olan 10 süni intellekt dəstəkli proqram vasitəsi ilə başa salma və reaksiya vermə kimi özəlliklər əsas götürülərək süni intellektlə insan arasında müqayisə aparıldı. Nəticədə iş yükünün böyük hissəsinin süni intellekt texnologiyası tərəfindən həyata keçirilə biləcəyi ən yaxşı 20 iş müəyyən edildi. Bunların bir çoxu aktuar hesabat, büdcə təhlili, mühasibatlıq və hakimlik də daxil olmaqla əsaslı təlim tələb edən işlərdir.

Süni intellektin ilk hədəfi müəllimlərdir

Süni intellektin öz üzərinə götürəcəyi işlər siyahısında ən çox müəllim peşəsi yer tutur. Xarici dilləri, fəlsəfə və dini, siyasi elmləri, psixologiyanı, coğrafiyanı, sosial elmləri, hərbi hazırlığı, tarixi, hüquq elmlərini tədris edən müəllimlər, etnik və mədəni araşdırma edən araşdırmaçılar, kitabxanaçılar işi əlindən alınacaq ilk insanlar olacaq.

Müəllimlik peşəsinin məşğulluq potensialının əvvəlki qədər yüksək olmaya biləcəyini ehtimal edən araşdırmaçılar hesab edir ki, müəllimlik özlərini təkmilləşdirmək istəməyən peşələrdən ən birincisidir. Amma imkanların bərabər olmadığı mühitdə müəllim özünü nə qədər təkmilləşdirsə də, nəticə istədiyi kimi olmur – ya məhdud imkanı olur, yaxud da təkmilləşməsi ona əlavə gəlir vermir. Süni intellekt isə öz xidmətini təklif edərkən sizə tez öyrənmək, rahat təkrarlamaq, anlamadığınız mövzularda əlavə mənbələrə əlçatanlıq və ya həmin mənbələrin xülasəsini oxumaq şansı verir.

Süni intellekt müxtəlif şirkətlərdə satış, marketinq və ünsiyyət kimi prosesləri öz üzərinə götürməyə başlayıb. Süni intellektdən istifadə etmək istəyənlərin qarşısında iki yol olacaq. Biz ya onun imkanlarından istifadə edərək bacarıqlarından üstün bacarıq göstərib yaradılışın ən zəkalı varlığı olduğumuzu sübut edəcəyik, ya da ona təslim olub bacarıqlarımızı əlimizdən verəcəyik.

Həm faydalı, həm təhlükəli

Qeyd edək ki, süni intellektin insan həyatına böyük üstünlüklər və rahatlıq gətirəcəyinə dair yanaşmalar da var. Bu texnologiyanın iş həyatına müsbət təsirlərini sadalayan bu cür yanaşmalarda bildrilir ki, süni intellekt iş proseslərində səmərəlilik, edilə biləcək səhvlərin azaldılması, müştəri təcrübəsinin təkmilləşdirilməsi, peşə olaraq yeni imkanların inkişafı, problemin həllinə yanaşmaların təkmilləşdirilməsi, daha yaxşı alqoritm yanaşması kimi imkanlar verəcək.

İnsanlar sürətlə virtuallaşdıqca fərqində olmadan gələcəkdə öhdəsindən gələ bilməyəcəkləri bir rəqib yetişdiriblər. İnsan faktoru olmadan zəkanın fövqəlbəşəri səviyyədə təqdim edilməsi insanın uğurudur. Bununla belə, süni intellektin yaxın gələcəkdə zərərli məqsədlər üçün istifadə oluna biləcəyi ehtimalı da narahatlıq doğurur. Ümumiyyətlə, süni intellektin mənfi təsirlərinim ümumiləşdirsək bura texnologiya və avtomatlaşdırma səbəbindən insanlar tənbəl olacağını, işsizlik səviyyəsinin artmasını, hazır bilgidən istifadə etdicə insanın yaradıcılığının azalacağını, insani hiss və duyğuların texnoloji üstünlüyə məğlub olmasını, süni neyroşəbəkələrdən istifadə edərək mövcud videodakı şəxsin başqasının ilə əvəzlənməsini və bunun nəticəsində fırıldaqçılıq, aldatma, cinayət hallarının artmasını aid eləmək olar.

İdrak qabiliyyətimizi, məhsuldarlığımızı, yaradıcılıq bacarımızı çox az göstərdiyimiz yaxud heç göstərə bilmədiyimiz bütün işlər bir gün süni intellektə keçəcək. Ancaq bu transfer prosesi ictimaiyyətin qəbula görə uzun və ya qısa olacaq. Başlanğıcda insan əvvəlcə müqavimət göstərəcək, lakin sonra maşınla əməkdaşlıq edəcək. İnsan əvvəlcə onu yenidən öyrənməyə məcbur edəcək və onu rahatlıq zonasından çıxaracaq hər şeyə qarşı müqavimət göstərir və üsyan edir.

Dünya dəyişmək uğrunda amansız bir mübarizə aparır. Hər gün yenilənir, “refresh” olur. Ümid edək hər şey yaxşılığa doğru dəyişəcək. Həyata davam edə bilməyimiz üçün virtual aləmə ayaq uydurmalıyıq. Əgər virtual dünya real dünyaya qalib gəlsə heç nə indiki kimi olmayacaq.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see393

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see235

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see201

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see200

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see198

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see196

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see195

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see191

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see186

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see185

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see184

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see175

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

14 Sentyabr 2026 22:36see175

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see170

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

14 Sentyabr 2026 20:59see170

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see166

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see165

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see164

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see162

Netanyahu ABŞ yə səfər edəcək

14 Sentyabr 2026 22:19see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri