Icma.az
close
up
RU
Sİ nin Terminator üzü: Gələcək, yoxsa vəsvəsə?

Sİ nin Terminator üzü: Gələcək, yoxsa vəsvəsə?

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xüsusilə son illərdə kompüterlər təkcə dəmir yığınından ibarət aparat yox, düşüncəmizin bilavasitə davamıdır. Bu tendensiya təhlükəlidirmi? Kompüterlər, maşınlar bizim rəqibimizə, düşmənimizə çevrilə bilərmi?
"Sənaye Rusiyasının Rəqəmsal İndustriyası" Konfransının direktoru Olqa Pivenin sözlərinə görə, maşınlar yaradıcı insanların rəqibi yox, əksinə, tərəfdaşıdır.
"Kreativ sənayenin gələcəyini artıq süni intellektsiz (Sİ) düşünmək mümkün deyil. Maşınlar gündəlik işləri öz üzərinə götürdükcə, nəzərdə qaçırdığımız təfərrüatları xatırladıqca biz də öz vaxtımızı daha çox yaradıcı fəaliyyətə ayıra bilərik. Sİ yaradıcı peşələri bu, ya digər dərəcədə dəyişdirsə də, onları aradan qaldırmır. Məsələn, rəssam vizual həlləri tez tapmaqdan ötrü alqoritmdən faydalanır, ancaq əsas ideya onun beynində üzə çıxır. Eyni zamanda, jurnalist səsli mesajlar üçün transkripsiya xidmətindən kömək istəyir, amma onlardan təbii mətn qurmaq yalnız insan zehninin bacaracağı işdir", - xanım direktor deyir.

("Sənaye Rusiyasının Rəqəmsal İndustriyası" Konfransının direktoru Olqa Piven)
Artıq Sİ ilə ünsiyyət qurmaq oxumaq və yazmaq kimi vacibdir, üstəlik, bu istiqamətdə peşəkar proqramçı olmağa da ehtiyac yoxdur. Fotoredaktordan "ChatGPT"yədək istənilən Sİ alətini 20 dəqiqə ərzində öyrənmək mümkündür. Əsas tələb budur ki, onlara kor-koranə inanmayaq. Çünki sual, yaxud əmr dəqiq verilməyəndə Sİ-nin səhvə yol verməsi qaçılmazdır.
Səsli virtual köməkçi "Alisa"nın nitq müəllifi Kseniya Burjskaya söyləyir ki, Sİ ilə işləyən maşınların gələcəkdə dünyanı ələ keçirəcəkləri ilə əlaqədar qorxu sadəcə vəsvəsədən ibarətdir.

("Alisa"nın nitq müəllifi Kseniya Burjskaya)
"Çünki güc ideyası insandan savayı heç kəsə, heç nəyə maraqlı deyil. Maşınlar özünün mövcudluğundan xəbərsizdirlər, azadlıq anlayışları yoxdur. Halbuki bir məqama diqqət yetirmək lazımdır: insan özü öz cilovunu Sİ-yə ötürə bilər. Tədqiqatlar göstərir ki, insanlar "ChatGPT" ilə qarşı emosional bağ qurur, onu canlı həmsöhbət kimi görürlər", - mütəxəssis vurğulayır.
Onun sözlərinə görə, Sİ-nin alqoritmlərinə kor-koranə inanmaq, düşüncələrimizi onun yönlədirməsi ilə formalaşdırmaq, beləliklə də, tənqidi təfəkkürümüzü itirərək həyati qərarları Sİ-yə tapşırmaq bəşərin varlığını təhlükəyə ata bilər.
Mütəxəssislər belə bir təhlükədən yayınmaq naminə rəqəmsal şüuru qorumağı məsləhət görürlər. Alqoritmlərin hətta ən mükəmməl saydığımız həllərinə tənqidi yanaşmaq, şəxsi həyatımızla əlaqədar məsələlər üzrə sistemlərin iş prinsipini yaxşı başa düşmək, rəqəmsal gündəmi nəzərdən qaçırmamaq mütləqdir. Ən əsası isə - texnologiyanı şeytanlaşdırmaqdan, yaxud ilahiləşdirməkdəkdən qaçınmaq lazımdır.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azvision.az
archiveBu xəbər 03 Aprel 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri