Sian şəhərindən Orta Dəhlizlə 100 mininci konteyner yola salınıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Astana, 2 iyun, AZƏRTAC
Çinin Sian şəhərindən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə qatar tərkibində DFE (iyirmi futluq ekvivalent) ölçüsündə 100 mininci konteyner ilə yola salınıb.
AZƏRTAC “Qazaxıstan Temir Jolu” ASC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, qatarın tərkibində elektronika, mebel, istehlak malları və digər məhsullarla dolu 50 konteyner var.
2024-cü ilin fevral ayından istismara verilən Sian şəhərindəki Qazaxıstan-Çin terminalı bu günə qədər 200 min tondan çox yük emal edib və beynəlxalq ticarətdə mühüm logistika platformasına çevrilib.
Bu terminaldan 100 mininci konteynerin yola salınması TITR marşrutu üzrə daşımaların artan tələbatını və terminalın bu prosesdəki əhəmiyyətli rolunu təsdiqləyir. Eyni zamanda, bu, iki ölkənin logistika tərəfdaşları arasında səmərəli əməkdaşlığın göstəricisidir.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, həmçinin Orta Dəhliz kimi tanınır, Qazaxıstan, Xəzər dənizi hövzəsi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 02 İyun 2025 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















