Icma.az
close
up
RU
Sianid, qızıl və ölümlər: Rusiyalı milyarderin şirkətində AXTARIŞLAR BAŞLADI

Sianid, qızıl və ölümlər: Rusiyalı milyarderin şirkətində AXTARIŞLAR BAŞLADI

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Çelyabinsk vilayətində FTX və İstintaq Komitəsinin əməkdaşları "Yujuralzoloto" Qapalı Səhmdar Cəmiyyətinin (YUQK) ofislərində axtarış aparıblar.

Bu barədə Oxu.Az RBK-ya istinadla xəbər verir.

İstintaq tədbirləri şirkətin rəhbəri və əsas səhmdarı, "Forbes" siyahısında 1.9 milyard dollar sərvətlə 78-ci yerdə olan milyarder Konstantin Strukovun da iş yerində aparılıb.

Axtarışlara səbəb YUQK-ya məxsus ərazilərdə ətraf mühitin qorunması, sənaye təhlükəsizliyi və obyektlərin istismarı qaydalarının pozulması ilə bağlı faktlardır. Hüquq-mühafizə orqanlarına görə, bu hallar su obyektlərinin çirklənməsinə və ekologiyanın pisləşməsinə səbəb olub. Son illərdə şirkətdə altı ölüm faktı da qeydə alınıb.

Şirkət əvvəlcə şərh verməkdən imtina etsə də, sonradan mətbuata açıqlamasında bildirib ki, qızıl hasilatı, həmçinin emalı davam edir və nəzarət orqanları ilə daimi dialoqdadırlar.

Qeyd edək ki, 2024-cü ilin avqustunda "Rostexnadzor"un tələbi ilə şirkətin dörd yatağında işlər dayandırılıb, pozuntular aradan qaldırıldıqdan sonra həmin məhdudiyyətlər noyabr və dekabr aylarında götürülüb. Eyni zamanda, 2024-cü ilin yazında "Svetlinski" yatağında texniki göldə baş verən bənd qəzası nəticəsində çay suyunda PDC-ni 192 dəfə aşan sianid aşkarlanıb, 330 min kv.m əkin sahəsi zəhərlənib və zərər üç milyard rubl dəyərində qiymətləndirilib. Bu səbəbdən şirkətə qarşı 15-dən çox inzibati iş açılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyul 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri