Sibiqa Kiyevə hava hücumu barədə xəbərdarlığın gecikməsinə aydınlıq gətirib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kiyevə ballistik raketlərlə hücum barədə xəbərdarlığın gecikməsi tərəfdaşların Ukraynaya əvvəlcədən məlumat verməməsi ilə deyil, Rusiyanın tətbiq etdiyi silahın xüsusiyyətləri ilə əlaqəli olub.
APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.
Nazir təsdiqləyib ki, oktyabrın 12-də Rusiyanın gecə hücumu zamanı Ukraynada hava həyəcanı siqnalı gecikmə ilə verilib. O, gecikmənin səbəbinin Rusiya tərəfinin istifadə etdiyi silahın xüsusiyyəti ilə əlaqədar olduğunu bildirib.
Ukraynanın xarici işlər naziri, həmçinin Kiyevin ABŞ-dən kəşfiyyat məlumatları almağa davam etdiyini təsdiqləyib.
“Yəqin ki, ABŞ tərəfdən kəşfiyyat məlumatları alıb-almadığımızı soruşursunuz. Bəli, biz bu əməkdaşlığı davam etdiririk”, – Sibiqa vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 13 Oktyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















