Sibiqadan Rusiyanın “Kiyevi tərk edin” xəbərdarlığına CAVAB
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa iddia edir ki, Rusiya XİN-in respublikanın hərbi-sənaye kompleksinə zərbələr endiriləcəyi anonsu və xarici səfirliklərin əməkdaşlarını Kiyevi tərk etməyə çağıran bəyanatı diplomatları qorxutmayacaq.
Bizim.Media xəbər verir ki, onun sözlərini "Evropeyskaya pravda" nəşri sitat gətirir.
Onun iddiasına görə, Rusiya guya Ukraynadakı diplomatik korpusun nümayəndələri də daxil olmaqla, hər kəsdə qorxu yaratmağa çalışır.
Sibiqa hesab edir ki, Moskva mifik qərb mentallığına təsir göstərməyə cəhd edir. Ukrayna XİN rəhbərinin fikrincə, dünya Rusiyanın çağırdığı addımların tam əksini etməlidir.
"Dünyanın reaksiyası [Rusiyanın hərəkətlərinə] mütənasib olmalıdır: bu isə əlavə yardım paketləri və əlavə sanksiyalardır. Putin anlamalıdır ki, o, hərbi yollarla heç nəyə nail olmayacaq", – deyə Sibiqa bəyan edib.
Qeyd edək ki, Rusiya XİN Ukrayna ərazisindəki qərar qəbuletmə mərkəzlərinə zərbələr endirəcəyi barədə məlumat yayıb. Bununla bağlı ölkədəki xarici səfirliklərin diplomatlarına və şəhər sakinlərinə ərazini tərk etmək barədə çağırış edib.
Bizim.Media
Baxış sayı:107
Bu xəbər 25 May 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















