Siçan, mozalan və göbələklər kosmosa göndəriləcək
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Baykonur kosmodromunda buraxılış günüdür. Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, “Bion-M” №2 bioloji peykini daşıyacaq kosmik raketin buraxılışı avqustun 20-də saat 22:13-də Baykonur kosmodromunun 31-ci bölməsindən planlaşdırılır. “Bion-M” №2 kosmik gəmisi böyük tibbi-bioloji laboratoriyadır və onun göyərtəsində 75 siçan, mozalan, bitki və göbələklər kosmosa rahat şəraitdə göndəriləcək.
Peykdə radiasiya səviyyəsinin Yerə yaxın orbitə nisbətən təxminən 30% yüksək olduğu qütb orbit şəraitinin canlılara təsirinin bəzi aspektləri öyrəniləcək. Alimlərin fikrincə, bu, gələcəkdə insanları uzaq məsafələrə kosmik səyahətə hazırlamağa, uyğunlaşma mexanizmlərini və uçuşdan sonra yenidən adaptasiyanı öyrənməyə imkan verəcək.
Canlı orqanizmlərin olduğu eniş kapsulunun 30 gün sonra Yerə dönəcəyi planlaşdırılır.
Unikal bioloji laboratoriyanın işə salınmasını müşahidə etmək üçün Baykonur kosmodromuna çoxlu sayda qonaq və turist gəlib.
Baxış sayı:119
Bu xəbər 20 Avqust 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















