Icma.az
close
up
RU
Sidik daşı xəstəliyi. Səbəblər, profilaktika və TƏBİİ ÇARƏLƏR

Sidik daşı xəstəliyi. Səbəblər, profilaktika və TƏBİİ ÇARƏLƏR

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sidik daşı xəstəliyi böyrəklərdə, sidik axarları və sidik kisəsində daşların əmələ gəlməsi ilə özünü göstərən xəstəlikdir.

Misir mumyalarının sidik sistemində daşların aşkar edilməsi xəstəliyin qədim zamanlardan məlum olduğunu göstərir. Maraqlıdır ki, cavan və orta yaş qrupunda daşlar daha çox böyrəklərdə, uşaqlarda və qocalarda isə sidik kisəsində əmələ gəlir. Sidikdaşı xırda qum dənəciyindən tutmuş 2,5 kq-a qədər ölçüdə aşkar olunur.

Daşların yaranma səbəbləri arasında maddələr mübadiləsinin pozulması, qidanın eyni tərkibli olması, vitamin çatışmazlığı, sümük xəstəlikləri, mədə-bağırsaq sisteminin xroniki xəstəlikləri, orqanizmin susuzlaşması, sidik-cinsiyyət sisteminin pielonefrit, sistit və prostat vəzin adenoması kimi xəstəlikləri yer alır. Bel nahiyəsində yaranan küt, iniltili ağrılar, sidikdə qan, hərəkət və fiziki yüklənmə zamanı ağrının artması əlamətləri ilə üzə çıxır. Əgər daş sidiklikdə yerləşirsə ağrı qarnın aşağı hissəsinə, aralığa, cinsiyyət üzvünə yayılır və tez-tez tenezmlər baş verir.

Daş sidik axarının mənfəzini tam tutanda sidik böyrəkdə toplanır və sancı baş verir. Böyrək sancısı zamanı bel nahiyəsində tutmaşəkilli kəskin ağrı yaranır, daşın hərəkəti boyu yayılır, qusma, qızdırma və titrəmə ilə müşayiət olunur.

Sidikdaşının əmələ gəlməsinin profilaktikası üçün ilk növbədə hərəki aktivliyi artırmaq, gündə 2 litrə qədər su içmək lazımdır. Çay, sənaye üsulu ilə alınan şirə, qazlı içkilərdən fərqli olaraq çiy su sidikqovucu təsir göstərir, toksiki maddələrin orqanizmdən xaric olunmasını sürətləndirir. Qida rasionundan zülallı yeməkləri və turş məhsulları çıxarmaq da çox əhəmiyyətli məsələdir.

Aşkar edilən daşların 80 faizinin oksalatlardan ibarət olduğunu və onların oksalat turşusunun duzları şəklində çökdüyünü nəzərə alsaq, onda orqanizmdə mühiti qələviləşdirmək lazımdır. Hər gün tərəvəz və göyərtilərdən hazırlanmış salatlar, kəpəkli çörək yemək, xörəklərə zeytun yağı və sirkə əlavə etmək, qida qəbulundan yarım saat əvvəl mövsümi meyvələr yemək faydalıdır. Bol-bol göyərti, xüsusən də cəfəri, tərxun, yaşıl soğan, sarımsaq, kərəviz, şüyüd, vəzəri yeyiləndə, şoraba və turşulardan imtina ediləndə müalicənin səmərəsi artır. Qara çay, şokolad və ispanaq oksalatların çökməsinə səbəb olur.

Xalq təbabəti vasitələri. Reseptlər

- Orta ölçülü balqabağın baş tərəfi kəsilir, tumları çıxarılır, içərisi bal və ya şəkər tozu ilə doldurularaq kəsiyi ilə örtülür. 2-3 gün sərin və qaranlıq yerdə saxlanandan sonra süzülür və hər səhər yeməkdən 1 saat əvvəl 150 qram içilir.

- Hərəsindən 100 qram boyaqotu, quş qırxbuğumu, itburnu meyvəsi və ya kökləri, qatırquyruğu, ayıqulağı və boymadərən qarışdırılır, qarışıqdan 2 xörək qaşığı termosda 3 stəkan qaynar suda dəmlənir, gündə üç dəfə yeməkdən 2 saat sonra 1 stəkan qəbul olunur. Müalicə 15 gün aparılandan sonra bir həftə fasilə verilir və təkrar edilir.

- Oksalitin çayından 2 filtr-bağlama 1 stəkan qaynar suda dəmlənir, gündə 3 dəfə yeməkdən 1 saat sonra qəbul edilir.

Mənbə: Herba Flora jurnalı

.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:318
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri