Icma.az
close
up
RU
“Sidneydə Hanuka mərasimi zamanı qanlı hücum: 11 nəfər qətlə yetirildi“ BBC

“Sidneydə Hanuka mərasimi zamanı qanlı hücum: 11 nəfər qətlə yetirildi“ BBC

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Antisemitizm xərçəng şişi kimidir, liderlər susanda o, yayılır..."

Avstraliyanın Sidney şəhərində, məşhur Bondi-biç çimərliyində Hanuka bayramının qeyd olunduğu vaxt silahlı hücum baş verib.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

Hanuka bayramı faciə ilə yarımçıq qaldı

Avstraliya polisi bildirib ki, atışma nəticəsində 11 nəfər həlak olub, hücum edən şəxslərdən biri öldürülüb, digəri isə ağır yaralı halda saxlanılıb. Hadisə zamanı azı 29 nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib, yaralılar arasında bir uşaq və iki polis əməkdaşı da var.Polisin məlumatına görə, hücum terror aktı kimi qiymətləndirilir. Hadisə yerində əməliyyat davam edir, çünki istintaq üçün risklər tam aradan qalxmayıb. Yeni Cənubi Uels ştatının polis komissarı Mal Leyon bildirib ki, hadisə yerinin yaxınlığında tapılan avtomobildə bir neçə əldəqayırma partlayıcı qurğu aşkarlanıb. Onlardan biri zərərsizləşdirilib və təhlükəsiz əraziyə daşınıb. 

Leyonun sözlərinə görə, həmin qurğu öldürülmüş hücumçu ilə birbaşa əlaqəlidir. Rəsmi şəxslər ilkin olaraq iki silahlı şəxsin "neytrallaşdırıldığını" açıqlasa da, üçüncü atəş açanın ola biləcəyi ehtimalı da araşdırılır. Ştatın baş naziri Kris Minns hücumun "Sidneydəki yəhudi icmasına qarşı yönəldildiyini" bəyan edib.

Qəhrəmanlıq anı və şahid ifadələri


Hanuka tədbiri yerli "Chabad of Bondi" yəhudi mərkəzi tərəfindən təşkil olunub və "bütün yaşlar üçün" nəzərdə tutulub. Tədbirdə mindən çox insan iştirak edib. Hücumdan cəmi bir saat əvvəl ərazi dolu olub, musiqi səslənib, əyləncə zonaları, o cümlədən süni dırmanma meydançası fəaliyyət göstərib.

Hadisə zamanı iştirakçılardan birinin hücum edənlərdən birinin əlindən silahı alması videoya düşüb və sosial şəbəkələrdə geniş yayılıb. Kris Minns həmin şəxsi "əsl qəhrəman" adlandıraraq, onun cəsarəti sayəsində çoxlu insanın həyatının xilas edildiyini deyib.

BBC-nin hadisə yerində olan müxbirləri bildirib ki, atəş səslərindən sonra yüzlərlə insan təlaş içində çimərlikdən qaçıb. Təcili tibbi yardım xidməti əraziyə çoxsaylı briqadalar, maşınlar və helikopterlər göndərib, yaralılar xərəkdə xəstəxanalara daşınıb.

"Antisemitizm xərçəng kimidir"

Sidneydəki qanlı hadisəyə İsrailin baş naziri Benyamin Netanyahu da sərt reaksiya verib. Dimona şəhərində çıxışı zamanı o, hücum nəticəsində 11 yəhudinin öldüyünü xatırladaraq bildirib ki, hələ avqust ayında Avstraliyanın baş naziri Entoni Albanezeyə məktub yazaraq, radikal antisemitizmə göz yumulmasının ağır nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edib.

Netanyahunun sözlərinə görə, Albanezenin siyasəti yəhudilərə qarşı nifrəti təşviq edir və bu nifrət artıq Sidney küçələrində açıq şəkildə görünür. "Antisemitizm xərçəng şişi kimidir. Liderlər susanda o, yayılır. Zəifliyi real addımlarla əvəz etmək lazımdır", - İsrailin baş naziri vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Dekabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri