Icma.az
close
up
RU
“Sidneydən olan terrorçu məhkəmə qarşısına çıxacaq: ona 59 ittiham irəli sürülüb“ “ Euronews“

“Sidneydən olan terrorçu məhkəmə qarşısına çıxacaq: ona 59 ittiham irəli sürülüb“ “ Euronews“

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Hanuka tədbirinə hücum Avstraliyada son onilliklərin ən qanlı terror aktı kimi qiymətləndirilir..."

Sidneydə yəhudi icmasına qarşı törədilmiş kütləvi atışmadan sağ çıxan 24 yaşlı Navid Əkrəm barəsində 59 maddə üzrə ittiham irəli sürülüb. İttihamlar arasında 15 qətl epizodu və ayrıca terror aktı törətmək maddəsi də var. 

Moderator.az xəbər verir ki, bu barədə "euronews" nəşri yazıb.

Avstraliyanın Yeni Cənubi Uels ştatı polisinin açıqlamasına görə, hücum zamanı onun atası, 50 yaşlı Sacid Əkrəm polis tərəfindən yerindəcə zərərsizləşdirilərək öldürülüb.

Hanuka mərasimi zamanı terror aktı

Terror aktı 14 dekabr axşamı Hanukanın ilk şamının yandırılmasına həsr olunmuş tədbir zamanı baş verib və birbaşa Avstraliya yəhudi icmasına yönəlib. Hücum nəticəsində 15 nəfər həlak olub, onlarla insan yaralanıb. BBC-nin qeyd etdiyi kimi, bu hadisə 1996-cı ildən bəri ölkədə baş verən ən qanlı silahlı hücum hesab olunur.

İstintaq Navid Əkrəmi həmçinin qəsdən öldürmək niyyəti ilə ağır bədən xəsarətləri yetirmənin 40 epizodunda və terror təşkilatının simvolikasını açıq şəkildə nümayiş etdirməkdə günahlandırır. Hücum zamanı ağır yaralanan Əkrəmın ilk məhkəmə iclası xəstəxanada, onun çarpayısı yanında keçirilib. Məhkəmə prosesinin davamı 2026-cı ilin aprel ayına təxirə salınıb.

İstintaqın mövqeyi və tibbi vəziyyət

Yeni Cənubi Uels polisinin komissarı Mal Lanyon bildirib ki, hüquq-mühafizə orqanları güclü dərmanların təsiri bitənə qədər tam dindirilməyə başlamayacaq. Onun sözlərinə görə, "ədalət prinsiplərinin qorunması üçün şübhəli şəxs baş verənləri tam dərk etməlidir".

17 dekabr tarixinə olan məlumata görə, Sidneydəki xəstəxanalarda hələ də hücumdan zərər çəkənlər var: bir nəfərin vəziyyəti kritik, bir neçəsinin durumu isə ağır, lakin stabildir. Ümumilikdə 27 nəfərə tibbi yardım göstərilib, onların arasında iki polis əməkdaşı da var.

Hakimiyyətin reaksiyası və motiv versiyası

Avstraliya polisi hücumu rəsmi olaraq terror aktı kimi tanıyıb. Baş nazir Entoni Albaneze bildirib ki, ilkin məlumatlara əsasən, terror aktı "İslam Dövləti" terror qruplaşmasının ideologiyası ilə motivasiya olunub. Həmçinin məlum olub ki, ata və oğul Əkrəmlər noyabr ayında Filippinə səfər edərək hərbi hazırlıq keçib və bir neçə həftə sonra Avstraliyaya qayıdıblar.

Cəmiyyətin reaksiyası və tənqidlər

Həlak olanlar arasında iki ravvin, Holokostdan sağ çıxmış bir şəxs, 10 yaşlı Matilda, eləcə də hücumun ilk dəqiqələrində terrorçulardan birini dayandırmağa çalışarkən videoya düşən Boris və Sofiya Qurman cütlüyü də var.

17 dekabrda Sidneydə minlərlə insan Böyük Britaniyada doğulmuş ravvin Eli Şlangerlə vida mərasiminə toplaşıb. Bu, faciə qurbanlarından birinin ilk dəfni olub. Baş nazir Albaneze mərasimdə iştirak etməyib və bunu dəfnlərin əsasən ailə və yaxınlar üçün olması ilə izah edib. Onun yoxluğu yəhudi icması tərəfindən tənqid olunub, hakimiyyət isə artan antisemitizmə qarşı yetərincə sərt mövqe tutmamaqda ittiham edilib.

Buna cavab olaraq Albaneze hökumətin bir sıra addımlar atdığını açıqlayıb: ölkə tarixində ilk dəfə antisemitizmlə mübarizə üzrə xüsusi nümayəndə təyin edilib, nifrət nitqi ilə bağlı qanunlar sərtləşdirilib, yəhudi obyektlərinin qorunması və sosial həmrəyliyin gücləndirilməsi üçün maliyyələşmə artırılıb.

Ravvin Şlanger terrorun hədəfinə çevrilmiş Hanuka tədbirinin təşkilində fəal iştirak edib. Digər qurbanların, o cümlədən ən gənc həlak olan Matildanın dəfn mərasimlərinin yaxın günlərdə keçirilməsi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Dekabr 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri