Sidnindəki terror aktını həyata keçirənlər hücuma hazırlıq zamanı video çəkmək üçün məşq ediblər
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu müvafiq məlumat Sidney Ali Məhkəməsi tərəfindən açıqlanıb.
Məhkəməyə təqdim edilən polis sənədlərinə görə, 24 yaşlı Navid Akram və 50 yaşlı atası Səcid "bir neçə ay boyunca hücumu diqqətlə planlaşdırıb, partlayıcı qurğular hazırlayıb və İŞİD bayraqları düzəldiblər". Bu, hücumçuların telefonlarında tapılan şəkil və video materiallarla sübut edilir. "Oktyabr ayının sonlarına aid bir videoda, ittiham olunan və onun atası, atəş açma məşqi zamanı kənd ərazisində çəkilmişlər. Videolarda onlar tapançalardan atəş açır və taktik hərəkətlərlə irəliləyirlər", - deyə məhkəmə materiallarında qeyd edilir.
Polisin verdiyi məlumatlarda, terrorçuların hücum yerinə gəldikdən sonra "kütləyə dörd ədəd özünü hazırladıkları partlayıcı qurğu atdıqları, lakin onlar işə düşmədiyi" bildirilir. Sonradan terrorçuların hücumdan əvvəl kirayələdikləri evdə keçirilən axtarışda polis silah və patronlar, həmçinin bomba düzəltmək üçün avadanlıq və bir neçə Quran nüsxəsi tapıb.
Bundan əlavə, polis məhkəməyə bir video təqdim edib. Videoda terrorçular "özlərinin siyasi və dini baxışlarını açıqlayır və terror aktını müdafiə etmək üçün arqumentlər irəli sürürlər". "Onlar İŞİD qruplaşmasının bayrağı önündə oturub, əllərində uzunməsafəli silahlar tuturlar. Birinin əlində olan Qurandan ayə oxunur, sonra isə onlar hücumun səbəbləri haqqında bəyanatlar verir və sionistlərin hərəkətlərini pisləyirlər", - deyə polis sənədlərində qeyd edilib.
Daha əvvəl bildirilmişdi ki, Avstraliyanın Yeni Cənubi Uels ştatında polis Sidneydə insanlara hücum edən 24 yaşlı Navid Əkrəmə qarşı 15 qətl və terror aktı törətmək də daxil olmaqla 59 ittiham irəli sürüb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 22 Dekabr 2025 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















