Icma.az
close
up
RU
Türkiyə Azərbaycan Birgə İqtisadi Komissiyasının toplantısı keçirilir

Türkiyə Azərbaycan Birgə İqtisadi Komissiyasının toplantısı keçirilir

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığının müzakirə olunacağı Türkiyə–Azərbaycan Birgə İqtisadi Komissiyasının (KEK) 12-ci Dövr Toplantısı keçirilir.

Modern.az-ın məlumatına görə, toplantıya Türkiyə tərəfdən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycan tərəfdən isə Baş nazir Əli Əsədov həmsədrlik edəcək. İkitərəfli və nümayəndə heyətləri arasında aparılacaq görüşlərdə iki ölkə prezidentləri tərəfindən müəyyən edilən 15 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsi hədəfinə çatmaq üçün atılacaq addımlar, eləcə də ticarətin asanlaşdırılmasına dair məsələlərin müzakirəsi gözlənilir.

Proqram çərçivəsində iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi, işgüzar dairələrin bir araya gətirilməsi və birgə investisiya imkanlarının inkişaf etdirilməsi məqsədilə II Türkiyə–Azərbaycan İnvestisiya Forumu da təşkil olunacaq. Forumda Türkiyədən vitse-prezident Cevdet Yılmaz və ticarət naziri Ömər Bolatın, Azərbaycandan isə Baş nazir Əli Əsədov və iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı planlaşdırılır. Eyni zamanda, MÜSİAD Azərbaycan Baş Assambleyası çərçivəsində türk və azərbaycanlı iş adamları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Vitse-prezident Cevdet Yılmazın Bakı səfəri çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə də görüş keçirməsi gözlənilir.

Türkiyə uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri hesab olunur. 2024-cü ildə Türkiyənin Azərbaycana ixracı 3,1 milyard ABŞ dolları, Azərbaycandan idxalı isə 4,8 milyard ABŞ dolları təşkil edib. Türkiyə Azərbaycanın ixrac etdiyi ölkələr arasında ikinci, idxalında isə üçüncü yerdə qərarlaşıb.

Azərbaycandakı türk investisiyalarının həcmi təxminən 18 milyard ABŞ dolları, Türkiyədəki Azərbaycan investisiyaları isə təqribən 21 milyard ABŞ dolları səviyyəsindədir. Azərbaycanda təxminən 7 min türk kapitallı şirkət fəaliyyət göstərir, Türkiyədə isə Azərbaycan kapitallı 3 min 100-ə yaxın şirkət mövcuddur. Türk podratçı şirkətləri bu günədək Azərbaycanda ümumi dəyəri 21,1 milyard ABŞ dolları olan 558 layihə həyata keçiriblər.
KEK-in 12-ci Dövr Toplantısı çərçivəsində imzalanması planlaşdırılan KEK Protokolu və Fəaliyyət Planı ilə ticarət, enerji, nəqliyyat, səhiyyə, təhsil və mədəniyyət daxil olmaqla bir çox sahədə Türkiyə–Azərbaycan iqtisadi və ticarət əlaqələrinin yol xəritəsinin müəyyənləşdirilməsi hədəflənir. Keçiriləcək İnvestisiya Forumunun isə iki ölkənin işgüzar dairələri arasında əlaqələri gücləndirməsi və regional iqtisadi əməkdaşlığa töhfə verməsi gözlənilir.

Serdar Şengül

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Dekabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see296

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see239

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see236

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see183

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see156

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see149

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see144

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see142

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see142

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see141

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see138

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

30 u adlayan dəyərlilər

20 Dekabr 2025 11:45see130

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri