Icma.az
close
up
RU
Azərbaycanın nurlu sabahları təmin olunmaqdadır

Azərbaycanın nurlu sabahları təmin olunmaqdadır

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Elə şəxsiyyətlər var ki, onların bioqrafiyası tarixdə tarixi istinad olur. Xalq belə şəxsiyyətlərə tarixi şəxsiyyətlər deyir. Tarixi şəxsiyyətlər həm də xalqın bu gününün cəfasını çəkə-çəkə sabahlarının taleyini durulaşdırır, bu günü sabahlar üçün yaşadır və yaşayır…
1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bunlar bir ömrün dünənlərinin işığıdı. Elə bir işıq ki, təkcə Azəbaycanda deyil, Azərbaycanla siyasi, iqtisadi, mədəni əlaqələri olan bütün dövlətlərdə həmişə sevgilərlə yada düşür. Tarix belə yada düşmələrə ehtiram deyir...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev İlham Əliyevin siyasi baxımdan mətinliyini, dürüstlüyünü, dövlətə, dövlətçiliyə sədaqətini, təfəkkürünü, azərbaycançılığa sədaqətini yüksək dəyərləndirirdi, ona özü qədər inandığını da demişdi. Bu fikir siyasi (və dövlətçilik!) mesajı idi və Azərbaycan naminə deyilmişdi. 2003-cü ildə prezident seçkilərində öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü, 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Xalq bu seçkidə inandığı, sevdiyi böyük tarixi şəxsiyyətin seçiminə böyük ehtiramla iştirak etdi.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Seçkilərdə seçicilərin 76 faizdən çoxunun, 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə 88,73 faizinin, 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə 84,54 faizinin, 2018-ci il aprelin 11-də seçicilərin 86,02 faizinin səsini qazandı. 2024-cü il seçkiləri də tarixi şəxsiyyətə - Azərbaycana, Azərbaycan dövlətinə, Azərbaycan dövtçiliynə tarixi sədaqətə ehtiramın təzahürü oldu...
Cənab İlham Əliyev 2024-cü il fevralın 14-də demişdi: “Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar.... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
Xalq Prezidentinə inanıb, indi də inanır, Prezident xalqına güvənib, indi də güvənir. Bu tezisi cənab Prezidentin bir kəlamı da təsdiqləyir: “Biz birlikdə güclüyük!”.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən cənab Prezident İlham Əliyev gənclərin dövlət quruculuğunda yaxından iştirakını təmin edib, onların malik olduğu potensialdan səmərəli və gərəkli səviyyədə istifadə olunur.
Respublikamızda siyasi dialoq mühitinin formalaşdırılmasını gerçəkləşdirmək üçün dövlət başçımız qətiyyətlə demişdi ki, “... indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz.”; “Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.
Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edildi, Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası keçirildi, 2021-ci il noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT-yə üzv dövlətləri tərəfindən qəbul edildi, Qətnaməyə 126 BMT üzv dövləti həm-müəllif qismində qoşuldu. Bunlar da dövlət başçımızın dünyəvi proseslərə münasibətinin konturlarındandır...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin vacib tərkib hissəsi olan Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanın Qarabağla bağlı absurd iddialarının dəf edilməsində vacib rol oynayıb, Qərbi Azərbaycan məsələsində ədalətin bərqərar olunmasına təkan vermiş, Ermənistanla münasibətlərin normallaşması prosesində insan hüquqları müstəvisində Azərbaycanın mövqeyini daha da gücləndirib...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici siyasəti Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olumasına yönəltmişdi. Azərbycan Ordusunun hissələri 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin geniş miqyaslı hücumunun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın əks-hücum əmri İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu. Ordumuz döyüşə-döyüşə torpaqlarımızı işğaldan azad edirdi. Noyabrın 8-də Şuşanı da işğaldan azad etdi. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı...
2023-cü il sentyabrın 29-da başlayan antiterror əməliyyatı ilə Ağdərə, Xocalı, Xankəndi də işğaldan azad edildi. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu, müzəffər sərkərdə İlham Əliyevin tarixi Zəfəri oldu!..
Dövlət başçımızın müvafiq sərəncamları ilə işğaldan azad edulmiş ərazlərimizdə böyük quruculuq işləri davam etməkdədir. Yaxın vaxtlarda bu ərazilərdə işğaldan nişanə qalmayacaq, şəhərlər də, kəndlər də yenidən qurulacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev neçə-neçə xarici universitetlərin fəxri doktoru və professorudur, neçə-neçə böyük dövlətlərin ali ordenləri ilə təltif olunub. Bunlar da həm Azərbaycana, həm də Azərbaycan Respublikasının Prezidentinə böyük ehtiramın təzahürüdür...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ 2019-cu ildə demişdi: “Hesab edirəm ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq - qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yəni, biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə lazımi səviyyədə qoruyuruq və qoruyacağıq”. Bu qətiyyət indi daha dönməzdir...
Cənab İlham Əliyevin siyasi kursu Azərbaycan dövlətinin nurlu sabahlarını təmin etməkdədir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Dekabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri