Icma.az
close
up
RU
Şifrə super gücdür: uşaqlara internetdə özünü kiber təhlükələrdən qorumağı necə öyrətməliyik?

Şifrə super gücdür: uşaqlara internetdə özünü kiber təhlükələrdən qorumağı necə öyrətməliyik?

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Kaspersky xatırladır: bu gün uşağın təhlükəsizliyi onun təkcə küçədə deyil, həm də internetdə qorunması deməkdir. Rəqəmsal gigiyena sahəsində ilk və ən vacib şərtlərdən biri güclü və yadda qalan şifrələrin yaradılmasıdır.

Bizimyol.info Kaspersky şirkətinə istinadən xəbər verir ki, araşdırmalara əsasən, intellektual alqoritmlər şifrələrin 59%-ni bir saatdan az müddətdə sındıra bilir. Uşaqlar daha çox sadə və asan tapılan şifrələrdən istifadə edirlər və bu da onların kibertəhdidlərdən müdafiəsini zəiflədir. Uşaqları mürəkkəb şifrələr yaratmağa öyrətmək onlara şəxsi məlumatlarını qorumağa və internetdə təhlükəsizliklərini təmin etməyə kömək edir.

Şifrə uşağın şəxsi rəqəmsal gündəliyinin kilidi kimidir. Kilid nə qədər möhkəmdirsə, onlayn həyat da bir o qədər sakit və təhlükəsiz olacaq. Uşaq bunu nə qədər tez anlasa, internetdə özünü bir o qədər təhlükəsiz hiss edəcək”, — deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Etibarlı şifrə yaratmaq üçün 5 sadə tövsiyə:

Sevimli ifadələrdən istifadə edin: Uşağın sevdiyi bir mahnıdan və ya cizgi filmindən bir cümlə seçib bəzi hərfləri rəqəmlər və ya simvollarla əvəz etməsinə kömək edin.

Nümunə: TigTigXanim@Dondurma

Əlaqəsiz sözləri birləşdirin: Qəribə birləşmələr daha asan yadda qalır.

Nümunə: Qelem_Kosmos _9

Şifrə əvəzinə şifrə frazalar seçin: Qısa və mənasız sözlərdənsə, uzun və məntiqli ifadələri seçmək daha təhlükəsizdir.

Nümunə: Futbol_Oynamaq _Menim_Hobbimdir!

Şifrələri mütəmadi dəyişin: Şifrə dəyişdirməyi oyuncaqların saxlandığı şkafın açarını dəyişmək kimi izah edin. Yeni açar, daha güclü qorunma deməkdir.Hər hesab üçün fərqli şifrə: Uşaq bir neçə onlayn xidmət istifadə etsə də heç bir şifrə təkrarlanmamalıdır.

Valideynlər uşağın rəqəmsal dünyadakı ilk bələdçiləridir. Uşağın internetdə özünü nə dərəcədə təhlükəsiz hiss etməsi məhz valideynlərdən asılıdır. Bu baxımdan aşağıdakılar vacibdir:

Uşaqlarla şifrələr, fişinq (aldadıcı linklər) və məxfilik mövzusunda söhbət aparın;Tətbiq və oyunlarda məxfilik quraşdırmalarını yoxlayın;“Kaspersky Safe Kids” kimi ailə nəzarət alətlərindən istifadə edin – bu vasitələr uşağın onlayn fəaliyyətini izləməyə, vaxt məhdudiyyəti qoymağa və rəqəmsal təhlükəsizlik üzrə tövsiyələr almağa imkan verir.

Güclü şifrə yaratmaq sadəcə texniki bacarıq deyil, həm də rəqəmsal məsuliyyətin əsasını təşkil edir. Uşaqlar bunu nə qədər tez öyrənsələr, internetdə bir o qədər təhlükəsiz və qorunmuş olacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 May 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri