Icma.az
close
up
RU
Sığorta bitdi, cərimə gəldi

Sığorta bitdi, cərimə gəldi

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda avtomobil sahibləri üçün icbari sığorta müddətinin bitməsi bəzən ciddi maliyyə problemlərinə yol açır. AzPost bildirir ki, bir çox sürücü yalnız kameralar tərəfindən qeydə alınan qayda pozuntusu barədə cərimə məktubu aldıqdan sonra sığortalarının müddətinin başa çatdığını öyrənir. Mövcud sistemdə isə xəbərdarlıq mexanizminin zəif olması narazılıqlara səbəb olur.

Hazırda İcbari Sığorta Bürosu (İSB) sürücülərə 9707 nömrəsi üzərindən SMS bildirişləri göndərir. Lakin bu SMS-lərdə sığorta müqaviləsinin başlama və bitmə tarixləri açıq şəkildə göstərilmir. Belə olan halda vətəndaş sığortasının qüvvədə olub-olmadığını öyrənmək üçün ya xüsusi sayta daxil olmalı, ya da sığorta şirkəti ilə birbaşa əlaqə saxlamalıdır. Bu isə hər sürücünün asanlıqla tətbiq edə biləcəyi üsul deyil.

Bəzi hallarda sığorta şirkətləri sığortanın müddəti bitməzdən bir neçə gün əvvəl sürücülərlə əlaqə saxlayır. Lakin bu təşəbbüskarlıq bütün şirkətlərə şamil olunmur. Xüsusilə sürücünün mobil nömrəsi dəyişdikdə və ya unutqanlıq halı olduqda bu xəbərdarlıq imkanı da itmiş olur. Nəticədə, avtomobil sahibi heç bir xəbərdarlıq almadan yol hərəkəti qaydalarını pozmuş sayılır və 20 gündən bir avtomatik cərimələnir.

Məsələyə hüquqi baxımdan yanaşdıqda isə diqqət çəkən bir məqam var: Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun sözlərinə görə, sığorta şirkətlərinin vətəndaşlara “sığortanı bağlamasan, cərimə ediləcəksən” tipli mesajlar göndərməsi onların səlahiyyətlərinə daxil deyil. Hətta bu cür hallara görə şirkətlərə iradlar da bildirilib.

Hazırda sürücülərin özləri sığorta müddətini yoxlamaq üçün yoxla.isb.az saytı və ya 9707 nömrəsinə SMS göndərmək kimi texniki vasitələrdən istifadə edə bilər. Amma bu sistemin passiv olması, avtomatik bildirişlərin olmaması vətəndaş məsuliyyətini artırmaqla yanaşı, inzibati cərimə yükünü də artırır.

Ekspertlər hesab edir ki, bu boşluqların aradan qaldırılması üçün qanunvericilikdə dəyişiklik edilməli, xəbərdarlıq funksiyası hüquqi öhdəlik kimi sığorta şirkətlərinin və ya İSB-nin üzərinə qoyulmalıdır. Əlavə olaraq, elektron hökumət portalı üzərindən avtomatik bildiriş sistemlərinin tətbiqi bu məsələdə müsbət dönüş yarada bilər.

Sonda onu qeyd edək ki, sığorta müddətinin başa çatması ilə bağlı məlumatsız qalmaq sürücünü məsuliyyətdən azad etmir. Lakin belə texniki məsələlərə görə cərimələnmək yerinə, əvvəlcədən xəbərdar olunmaq və önləyici sistemlərə güvənmək hər iki tərəfin – vətəndaşın və dövlətin xeyrinə olardı.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:382
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 May 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see274

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see253

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see242

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see239

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see207

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see198

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see195

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see189

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see180

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see175

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see173

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see171

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see166

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see163

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see163

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see156

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see155

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri