Icma.az
close
up
RU
Sığorta ilə bağlı ŞAD XƏBƏR Faizlər kəskin AZALDILDI

Sığorta ilə bağlı ŞAD XƏBƏR Faizlər kəskin AZALDILDI

Icma.az bildirir, Bizim media portalına istinadən.

Azərbaycanın sığorta sektorunda daha bir maraqlı yenilik baş verir. Sığorta şirkətləri agentlərin komissiyasının azaldılması, bəzi hallarda isə tamamilə ləğv edilməsi ilə bağlı razılığa gəliblər.
Eyni zamanda yeni razılaşmaya əsasən agentlərin öz müştərilərini şirkətdən şirkətə daşıması faktiki olaraq qadağan edilir. 
Belə ki, ölkədə fəaliyyət göstərən həyat sığortası şirkətlərinin əldə etdiyi razılışmaya əsasən bundan sonra sığorta agentlərinə ödənilən komissiyalar kəskin azaldılacaq. Belə ki, mövcud müştəri ilə müqavilənin yenilənməsinə görə agent komissiyaları qanunvericiliklə maksimum hədd 15% müəyyən edilib. Bu göstəcisi hazırda 8%-ə endirilib. 
Əsas yenilik isə müştərilərin sığorta şirkətini dəyişməsi ilə bağlıdır. Həyat sığortaçılarının əldə etdikləri razılaşmaya əsasən, bundan sonra bir şirkətin müştərisini digər şirkətə «daşıyanda» həmin müştəriyə görə komissiya ödənilməyəcək. 
Bu qərar və razılaşma faktiki olaraq sığorta şirkətlərinin agentlərə öz şərtlərini diqtə etməsidir. 
Məsələ təkcə həyat sığortası şirkətləri ilə bitməyib. 2026-cı ildən etibarən adi sığorta şirkətləri də agent komissiyalarına yenidən baxıblar. Sığortanən əsas satılan məhsulu olan avtomobil sığortalarında bəzi avtomobillər üçün komissiyalar ya tamam ləğv edilib, ya da aşağı salınıb.
Məsələn, kiçik yük avtomobiləri («Qazel»lər və sair) üçün aget komissiyaları indiyədək 15% olduğu halda, indi 5%-ə endirilib, bəzi şirkətlər isə bu maşınlara görə komissiyanı ümumiyyətlə ləğv ediblər. 
 

Sığorta agentləri rəqəmsallaşmanın artması və şirkətlərin daha mütəşəkkil hərəkət etməsi nəticəsində bəzi sığorta növlərində sığota agentlərinə verilən komissiyaların bundan sonra da azalacağını gözləyirlər. 


Hələlik yalnız aqrar sığorta sektoru bu risklərdən qorunub, yeni sahə olduğuna görə, burada böyük satış imkanları mövcuddur və bəzi agentlər bu sahəyə yönələcəklərini bildirirlər.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, agentlərin qazanc imkanlarının azalmasının əsas səbəbi aşağı müəhərrikli avtomobillərin sığorta bazarında çoxalmasıdır:
“Əvvəllər mühərrik həcmi yuxarı olan avtomobillərin sayı da çox idi.Bu da sığorta yığımlarına təsir edirdi. Son illərdə aşağı mühərrikli hibrid və elektrik avtomobillərin sayı artıb. Bu səbəbdən də sığorta agentlərinin qazancı azalıb. Bununla belə sığorta şirkətləri yenə də agentlərlə işləyirlər. Amma bəzi şirkətlər ola bilsin ki, agentlərə yanaşmada fərqli mövqe sərgiləyir. Ümumilikdə isə elə bir ciddi dəyişiklik yoxdur”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Mart 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri