Sığorta ilə burun əməliyyatı mümkündür? AÇIQLAMA
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Təbii ki, rinoplastika estetik əməliyyatdır və sığortaya daxil deyil".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin instaqram səhifəsində canlı yayım zamanı Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov dedi.
Həkim bildirdi ki, ancaq burada bir məqam var:
"Əgər xəstədə funksional çəpər problemi varsa və bu problem xəstənin nəfəs almasına mane olur, ürək problemi yaradır, aritmiya yaradır, yaxud miqren və gərginlik tipli baş ağrıları törədirsə, eyni zamanda xəstə ağzı açıq yatır, bu isə diş və çənə problemlərinə səbəb olursa, belə hallarda çəpər əməliyyatları və ya burun daxili patologiyalar, travmatik burun problemləri rekonstruktiv əməliyyatlara daxildir. Əks halda estetik əməliyyatlar bu kateqoriyaya daxil deyil".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 08 Aprel 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















