BP Azərbaycanda sosial layihələrə xərclərini artırıb
Icma.az, Banco.az saytına istinadən bildirir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-ci ilin yanvar-sentyabr aylarında bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təqribən 1,2 milyon dollar vəsait xərcləyiblər. Bu, illik müqayisədə 0,1 milyon ABŞ dolları və ya 9,1% çoxdur.
Banco.az bu barədə BP-nin 2026-ci ilin III rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə dövr ərzində təxminən 1,1 milyon dollar vəsait xərcləyib.
Bunlara hazırda davam edən 22 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ölkənin mədəni irsini və idmanı təbliğ edən 6 layihə, ətraf mühit üzrə 1 təşəbbüs və müxtəlif mövzularda 9 konfrans və seminara dəstək, yəni ümumilikdə 39 layihə daxildir.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 04 Noyabr 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















