Sığortada müştərilərini razı salan şirkətlər
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mərkəzi Bank avto-icbari sığorta üzrə şirkətlərin şikayət indeksini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, 1 sentyabr 2025-ci il - 31 avqust 2026-cı il tarixlərini əhatə edən göstəricilərə əsasən, bəzi sığorta şirkətlərində şikayət indeksi 1-dən aşağı olub.
Ən aşağı göstəricilər “Azərbaycan Sənaye Sığorta” ASC-də 0,73, “Qala Sığorta” ASC-də isə 0,95 təşkil edib. pizza sifarişi
Mərkəzi Bankın metodologiyasına əsasən, şikayət indeksinin 1-dən aşağı olması şirkətin xidmət səviyyəsinin digər sığorta şirkətləri ilə müqayisədə nisbətən daha yaxşı olduğunu göstərir.
Qeyd edək ki, şikayət indeksi daxil olan şikayətlərin bazar payının şirkətlərin bağladığı sığorta müqavilələrinin bazar payına nisbəti əsasında hesablanır.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 14 Sentyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















