“Sihirli Annem”in aktrisası xərçəng xəstəliyindən əziyyət çəkir FOTO
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tanınmış aktrisa Gül Onat pankreas xərçəngi səbəbilə əməliyyat keçirib və vəziyyəti ilə bağlı açıqlama verərək izləyicilərindən dua istəyib.
Milli.Az xəbər verir ki, "Sihirli Annem" serialında canlandırdığı "Perihan" obrazı ilə yadda qalan 71 yaşlı sənətçi yeni "Sihirli Annem: Hepimiz Biriz" filmində çəkilsə də, qala gecəsinə qatıla bilməyib.
O bildirib: "Təəssüf ki, qalada iştirak edə bilmədim. Çox ciddi əməliyyat keçirdim. Həkimimin üç günlük izni ilə səhnələrimizi çox qısa şəkildə çəkə bildik. Dualarınızı gözləyir və sizləri sevgi ilə öpürəm".
Qeyd edək ki, Gül Onat ötən il pankreas xərçəngi diaqnozu ilə əməliyyat olunmuşdu. Onun bu açıqlaması sənətsevərlər arasında narahatlıq yaradıb və sosial şəbəkələrdə aktrisaya dəstək paylaşımları edilib.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 06 İyun 2025 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















