Icma.az
close
up
RU
Şikayətlər kütləviləşir Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir Məşhurlar şikayət dalğasına qoşulur

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Narkoekspert Emil Maqalov da şikayətçilər sırasına qoşuldu – sifarişlər bir aydır gömrükdə saxlanılır
Son dövrlər müxtəlif sahələrdən olan tanınmış şəxslərin gömrük orqanlarının fəaliyyəti ilə bağlı narazılıqları artmaqdadır. Bu dəfə isə narkoekspert Emil Maqalov gömrükdə yaranmış problemlərlə bağlı ictimaiyyətə açıqlama verənlər sırasına qoşulub.
Demokrat.az AzTimes.az-a istinadən xəbər verir ki, Emil Maqalov şəxsi sosial şəbəkə hesabında paylaşım edərək, xaricdən sifariş etdiyi məhsulların bir aydan artıqdır ki, gömrükdən buraxılmadığını bildirib. Onun sözlərinə görə, bütün tələb olunan qaydalara əməl edilməsinə baxmayaraq, sifarişlərin saxlanılmasına dair aydın və əsaslandırılmış izahat təqdim olunmur.Maqalov qeyd edib ki, dəfələrlə müraciət etməsinə baxmayaraq, məsələ ilə bağlı konkret cavab ala bilməyib. Narkoekspert bu cür halların təkcə onunla bağlı olmadığını, son zamanlar bir çox vətəndaşın oxşar problemlərlə üzləşdiyini vurğulayıb.“Qanunvericiliyin tələblərinə uyğun şəkildə sifariş vermişəm. Lakin buna baxmayaraq, məhsullarım artıq bir aydan çoxdur ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən gömrükdə saxlanılır. Nə səbəb göstərilir, nə də real izahat verilir”, – deyə Emil Maqalov bildirib.Məsələ ilə bağlı diqqət çəkən məqam ondan ibarətdir ki, son həftələrdə məşhur simalar, sahibkarlar və sadə vətəndaşlar da Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı oxşar iddialar səsləndirirlər. Şikayətlər əsasən sifarişlərin uzun müddət gömrükdə saxlanılması, əlavə rüsum tələbləri və prosesin qeyri-şəffaf aparılması ilə bağlıdır.Ekspertlər hesab edirlər ki, bu cür halların artması həm vətəndaş məmnuniyyətinə, həm də ölkənin ticarət mühitinə mənfi təsir göstərir. Xüsusilə onlayn alış-verişin geniş yayıldığı bir dövrdə gömrük prosedurlarında yaranan süni gecikmələr ictimai narazılığı daha da dərinləşdirir.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin rəsmi mövqeyi hələlik açıqlanmayıb.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Fevral 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri