Icma.az
close
up
RU
“Şikəst olduğum üçün mənimlə yaşamaqdan imtina etdi” “Motodrom”dakı dəhşətli qətlin TƏFƏRRÜATI

“Şikəst olduğum üçün mənimlə yaşamaqdan imtina etdi” “Motodrom”dakı dəhşətli qətlin TƏFƏRRÜATI

Tribuna saytına istinadən Icma.az xəbər verir.

2023-cü il noyabrın 2-də Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gələn Qədir Qasımov qeyri-rəsmi münasibətdə olduğu Zülfiyyə Xamoyevanı öldürdüyünü bildirərək növbətçiyə bıçağı təqdim edib.

Hadisə “Motodrom” massivində yerləşən nömrəsiz evdə baş verib.

Pilləkənlərin üzərində 37 yaşlı Zülfiyyə Xamoyevanın meyiti aşkarlanıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, onun ölümünə sağ və sol ağciyərlərin zədələnməsindən yaranan kəskin qanitirmə səbəb olub.

Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə dindirilmiş Qədir Qasımov bildirib ki, Zülfiyyə Xamoyeva ilə 16 il qeyri-rəsmi ər-arvad kimi yaşayıb. 2010-cu ildə oğulları Hüseyn, 2013-cü ildə isə qızları Şəbnəm dünyaya gəlib. Bakının müxtəlif yerlərində kirayədə qalıblar. Arvadı onun şikəst və vərəm xəstəsi olduğunu bildirərək birgə yaşamaqdan imtina edib. Zülfiyyənin restoranda işlədiyini biləndən sonra onu öldürmək qərarına gəlib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Qələm Əzizova bildirib ki, qızı Zülfiyyə Nərimanov rayonunda yerləşən restoranda qabyuyan işləyib, Qədir isə bunu istəməyib. Aralarında tez-tez mübahisə yaranıb. Qədir hər gün spirtli içki qəbul edib, hadisə günü də o içkili olub.

Şahid Hüseyn Xamoyev bildirib ki, noyabrın 2-də atası bıçağı götürüb evdən çıxıb. Haraya getdiyini soruşduqda atası “ananı öldürməyə gedirəm” deyərək gülüb. Atası əvvəllər bir neçə dəfə zarafatla bu cür sözlər söylədiyi üçün onun yenə zarafat etdiyini düşünüb. Saat 07:30-da atası evə qayıdıb, onu yuxudan oyadıb. Ona “ananı öldürmüşəm, get bax, mən də polisə gedirəm” deyib. O, dərhal yerindən qalxıb, xalasının yaşadığı evə gedib. Ora çatanda, həyətdə anasının meyitini görüb.

Məhkəmə prosesində Qədir Qasımov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını 7 il ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Qədir Qasımov 18 il müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı Baku TV-nin süjetində:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 26 Noyabr 2024 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see152

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see143

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see137

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see121

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114

Bundesliqa: Borussiya Dortmund dan darmadağın

01 Sentyabr 2025 00:27see114

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see113

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri