Silahlı qruplar İdlibdə tam nəzarəti ələ KEÇİRDİ
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Suriyada Əsəd rejiminə qarşı silahlı qruplar Han Şeyxun şəhərini geri alaraq İdlib vilayətində tam nəzarəti təmin edib.
Redaktor.az xəbər verir ki, 27 noyabrdan başlayaraq rejim qüvvələri ilə şiddətli döyüşlər aparan müxalif qruplar, bu günədək 50-dən çox kəndi rejimdən azad edib. Han Şeyxun şəhərinin ələ keçirilməsi ilə İdlibdə rejimə qarşı tam üstünlük təmin olunub.
Qeyd edək ki, Rusiya dəstəyi ilə Əsəd rejimi 2019-cu ilin avqust ayında Soçi və Astana razılaşmalarını pozaraq Han Şeyxun və ətraf bölgələrə nəzarəti ələ keçirmişdi. Bu gün isə müxalif qüvvələr İdlibin ən böyük şəhərlərindən biri olan Maarrətünnumanı da rejimdən geri alıb.
Seymur BƏNNAYEV

Hələbdə müxalif silahlı güclər İdlibdə 50dən çox kəndi ələ keçirdi
30 Noyabr 2024 14:53
Rusiya Silahlı Qüvvələri Kursk vilayətində yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi
08 Aprel 2025 14:42
Suriyalı üsyançılar Hələb və İdlibdə kəndlərə nəzarəti ələ keçiriblər
30 Noyabr 2024 07:30
Silahlı dəstələr Haiti hava limanını ələ keçirdi KONKRET
12 Noyabr 2024 16:00
Suriyada silahlı qruplaşmalar bu şəhərləri ələ keçirdi YENİLƏNİB
30 Noyabr 2024 19:06

