Icma.az
close
up
RU
“Silinən kreditlər borcunu ödəyə bilməyən vətəndaşlarla bağlı deyil”

“Silinən kreditlər borcunu ödəyə bilməyən vətəndaşlarla bağlı deyil”

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vüqar Bayramov: “Kredit portfelinin təmizlənməsi bankların sağlamlaşdırılması baxımından vacibdir”

Azərbaycan Mərkəzi Bankıın yaydığı məlumata görə, bu ilin I yarısında Azərbaycan bankları 56,6 milyon manat kredit borcunu silib. Bunlar qeyri-işlək kreditlərdir.

Silinmələrin 61,1%-i (34,6 milyon manatı) istehlak kreditləri üzrə, 38,9%-i (22 milyon manat) isə biznes kreditləri üzrə olub.

Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunın qeyri-işlək kredit portfeli 787 milyon manat təşkil edib. Bu, yanvarın 1-nə nisbətən 20,1% və yaxud 132 milyon manat çoxdur.

Yanvar-iyun aylarında qeyri-işlək kredit portfelindəki artımın 75 milyon manatı istehlak kreditlərinin, 56 milyon manatı biznes kreditərinin, 1 milyon manatı isə ipoteka kreditlərinin hesabına baş verib.

Beləliklə, hazırda istehlak kreditlərinin 321 milyon manatı (30% çox), biznes kreditlərinin 431 milyon manatı (14,9% çox), ipoteka kreditlərinin isə 35 milyon manatı (3,5% çox) qeyri-işləkdir.

Qeyd edək ki, Mərkəzi Bankın bu açıqlamasının problemli kreditlərə şamil olunub-olunmaması ilə bağlı cəmiyyətdə suallar yaranıb.

Deputat Vüqar Bayramov “Xalq Cəbhəsi”nə deyib ki, söhbət Mərkəzi Bank tərəfindən qeyri-işlək kreditlərin silinməsindən gedir: “ Bu tip kreditlərin geri qaytarılması praktiki olaraq mümkün deyil”.

O qeyd edib ki, burada söhbət borcunu ödəyə bilməyən vətəndaşların kreditləri ilə bağlı deyil: “Bu, elə kreditlərdir ki, onların geri alınması mümkünsüzdür. Məsələn, kredit götürən şəxs vəfat edib, varisi yoxdur və ya həyat sığortasından istifadə etməyib. Belə hallarda bankın borcu geri alması mümkünsüz olur”.

Deputatın fikrincə, bu hallarda banklar Mərkəzi Banka müraciət edir, qurum isə kreditin silinməsi barədə qərar qəbul edir: “Bu addımlar həm kredit portfelinin təmizlənməsi, həm də bankların sağlamlaşdırılması baxımından vacibdir”.

“Banklar kreditləri yalnız o halda silirlər ki...

İqtisadçı ekspert Xaliq Kərimli bildirib ki, banklar kreditləri yalnız o halda silirlər ki, artıq həmin borcun geri alınmasının tamamilə mümkünsüz olduğuna əmin olurlar: “Yəni, borclunun ciddi həyati və ya maliyyə problemi yaranıb, əmək qabiliyyətini itirib və ya uzun müddət ərzində borcunu ödəmə potensialı qalmayıb”.

Onun sözlərinə görə, borcun silinməsi o demək deyil ki, bank ondan imtina edir: “Banklar belə borcları balansdan çıxarsalar da, onları balansarxası hesablarda izləməyə davam edirlər. Yəni, yenə də borc tələb olunur, zənglər edilir, məhkəmə işlərinin perspektivləri araşdırılır. Sadəcə bu cür borcların balansda qalması bankın göstəricilərinə mənfi təsir göstərdiyi üçün çıxarılır.Məqsəd bankın ümumi portfelini sağlamlaşdırmaqdır. Çünki qeyri-işlək portfelin payı artdıqca bankın maliyyə göstəriciləri pisləşir.

Hazırda Azərbaycanda qeyri-işlək kreditlərin payı artma meyli göstərir. Əgər 31 dekabr 2004-cü ildə bu göstərici 2,4% idisə, 31 avqust 2025-də artıq 2,8%-ə yüksəlib,” – deyə o bildirib”.

Xaliq Kərimlinin fikrincə, pisləşmə daha çox istehlak və biznes kreditlərində müşahidə olunur – hər iki kateqoriyada 0,5% artım qeydə alınıb. Əvəzində ipoteka kreditlərində vəziyyət bir qədər yaxşılaşıb – 0,8%-dən 0,7%-ə düşüb.Müqayisə üçün 2001-ci ildə bu göstərici 4,5–4,7%, 2015-ci ildə isə 6,7% və daha yuxarı olub: “Yəni, indiki vəziyyəti tarixi göstəricilərlə müqayisə etdikdə, o qədər də pis deyil. Amma bəzi banklar dirildə bilmədikləri kreditləri silməklə portfel parametrlərini yaxşılaşdırmağa çalışırlar. İnsanlar düşünməsin ki, borclar silinibsə, onlardan artıq tələb olunmayacaq – bu, belə deyil. Yalnız borclu rəhmətə gedibsə, əmək qabiliyyətini tam itiribsə və ya uzunmüddətli iflas vəziyyətindədirsə, o zaman həmin borc portfeldən çıxarılır”.

“Bu, borcun bağışlanması demək deyil”

İqtisadçı ekspert Akif Nəsirli vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankının son dövrlər açıqladığı məlumatlarda bəzi kreditlərin “silinməsi” ilə bağlı məsələlər cəmiyyətdə müəyyən anlaşılmazlıqlar yaradıb. Ekspert bildirib ki, silinən kreditlər problemli krediti olan şəxslərə güzəşt kimi tətbiq edilmir: “Azərbaycan Mərkəzi Bankının və bank sektorunun praktikası belədir ki, ‘kreditin silinməsi’ o demək deyil ki, borc bağışlanıb və vətəndaş artıq on,u ödəməyəcək. Bu, əsasən mühasibat uçotu məqsədilə aparılan bir prosedurdur”.

Akif Nəsirlinin sözlərinə görə, qeyri-işlək (problemli) kreditlər ödənmə müddəti 90 gündən çox gecikmiş və ödənilməsi real olmayan kreditlər hesab olunur: “Silinmə odur ki, bank bu kreditləri balansdan çıxarır, çünki uzun müddət ödənilmədiyi üçün gələcəkdə ondan gəlir gözləmir. Amma bu, borcun tam bağışlanması demək deyil. Bank həmin borcu “balansdan kənar hesabda” saxlayır və borclu şəxs ödəniş etmədikdə, bank inkasso, məhkəmə və ya tahsilat şirkətləri vasitəsilə vəsaiti geri almağa davam edir”.

Ekspert əlavə edib ki, bu, əsasən bankın risklərini azaltmaq məqsədi daşıyır, lakin borclular üçün borcun silinməsi anlamına gəlmir: “Borc yalnız müəyyən hallarda – məsələn, dövlət proqramları və ya amnistiya qərarları zamanı, 2019-cu il fərmanında olduğu kimi – dövlət tərəfindən kompensasiya edilə bilər. Amma bu xəbərdə sözügedən “silinmə” belə bir sosial tədbir deyil”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Oktyabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri