Icma.az
close
up
RU
“SİMA İmza” kiberhücuma məruz qalıb? Açıqlama

“SİMA İmza” kiberhücuma məruz qalıb? Açıqlama

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Sosial şəbəkədə “SİMA İmza” tətbiqi vasitəsilə kiberhücum nəticəsində insanların adına kreditlərin rəsmiləşdirilməsinə dair paylaşım öz əksini tapıb.

Moderator.az xəbər verir ki, paylaşımda qeyd edilib ki,  son həftədə ikinci dəfədir ki, vətəndaşın adına “SİMA İmza” tətbiqi  ilə kredit rəsmiləşdirilir və M10 vasitəsilə mənimsənilir:

“ Məbləğ kifayət qədər yüksəkdir(18 min manat və 9800 manat). Maraqlısı da bundadır ki, kreditlər Kapital Bank ASC-dən daha çox rəsmiləşdirilir. Proqram təminatında ciddi mənada boşluq var ki, bunu da kiber cinayətkarlar tutub. Banklar isə kiberhücumların qarşısında acizdir. Tövsiyyəm “Sima İmza” logininizi ləğv edəsiniz..”.

Məsələ ilə bağlı “SİMA İmza”ya sorğu unvanladıq.

Sorğumuza cavab olaraq bildirildi ki, iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir:

 “SİMA rəqəmsal imza həlli müasir təhlükəsizlik standartlarına uyğun şəkildə hazırlanıb. Maliyyə təşkilatlarında “SİMA İmza” tətbiqi vasitəsilə kreditlərin rəsmiləşdirilməsi yalnız istifadəçinin razılığı əsasında aparılır. SİMA yeni nəsil rəqəmsal imzanın tərəfdaşlıq etdiyi banklar arasında isə hazırda “Kapital Bank” ASC yoxdur. Yəni texniki olaraq heç bir vətəndaşın adına “SİMA İmza” ilə “Kapital Bank”dan kredit götürülməsi mümkün deyil. Bu tip dezinformasiyalar həm cəmiyyətin düzgün məlumatlandırılmasına mane olur, həm də ictimaiyyətdə əsassız narahatlıq yaradır. Ona görə də media və sosial şəbəkə istifadəçilərindən təsdiqlənməmiş məlumatlara inanmamağı və yalnız rəsmi mənbələrə istinad etmələrini xahiş edirik”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Yanvar 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri