Icma.az
close
up
RU
“SİMA İmza” Vergi portalının fərdi sahibkar xidmətlərinə tam inteqrasiya edildi

“SİMA İmza” Vergi portalının fərdi sahibkar xidmətlərinə tam inteqrasiya edildi

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 “SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay müddətində pulsuz oldu

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imzanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İnternet Vergi İdarəsində (new.e-taxes.gov.az) təqdim edilən 80-dən çox elektron xidmətə inteqrasiyası tamamlanıb.

İnteqrasiya nəticəsində artıq fərdi sahibkarlar new.e-taxes.gov.az portalında elektron qaimə göndərə, sadələşdirilmiş, gəlir, əmlak və s. kimi bir çox vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə rahatlıqla təqdim edə bilərlər. Bundan başqa, sahibkarlar üçün POS-terminalların qeydiyyatı və qeydiyyatdan çıxarılması da artıq “SİMA İmza” ilə mümkündür. Yeni inteqrasiyaların tamamlanması ilə artıq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs il ərzində üç aydan bir təkrarlanan vergi hesabatlarını da SİMA yeni nəsil rəqəmsal imza ilə həyata keçirə bilərlər.

Diqqətə çatdıraq ki, hazırda fərdi sahibkarlar üçün “SİMA İmza” tətbiqində güzəşt kampaniyası nəzərdə tutulub. 13 iyuna qədər davam edəcək kampaniya çərçivəsində sahibkarlar “6AYPULSUZ” promokodu ilə 6 ay müddətində tətbiqdən abunə haqqı ödəmədən istifadə edə biləcəklər. Kampaniya həm new.e-taxes.gov.az, həm də digər bütün elektron portallar üçün keçərlidir.

Qeyd edək ki, “SİMA İmza”nın Vergi portalına inteqrasiya prosesi 2023-cü ildə başlayıb. Portalda olan digər xidmətlərə də “SİMA İmza”nın inteqrasiya prosesi davam edir.

SİMA yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma funksiyası istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirir. SİMA rəqəmsal imza əldə etmək üçün hər hansı xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://banco.az
archiveBu xəbər 13 May 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri