Icma.az
close
up
RU
SİMA minlərlə ağacın qorunmasına töhfə verir

SİMA minlərlə ağacın qorunmasına töhfə verir

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom" MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza olaraq ekoloji problemlərin həllinə və dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə davam edir. Kağız istehsalını azaltmaqla ətraf mühitin qorunmasını hədəfləyən bu rəqəmsal həll yaşıl texnologiyaların təşviqinə xüsusi önəm verir. Bu istiqamətdə SİMA Bakıda keçirilən COP29 tədbirini dəstəkləyərək qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə aktiv iştirakını bəyan edir. SİMA-nın məqsədi rəqəmsallaşmanın geniş tətbiqi vasitəsilə daha yaşıl və dayanıqlı gələcəyə yol açmaqdır.

"SİMA İmza" brendi altında və mobil tətbiq şəklində çalışan bu texnologiya yalnız hüquqi etibarlılığa və təhlükəsizliyə fokuslanmır. Həm də yaşıl texnologiyaların tətbiqi və ekosistemin qorunması istiqamətində də vacib töhfələr verir. Hazırda 60-dan çox tərəfdaşı olan SİMA ilə qurumlar bir çox fiziki xidmətləri rəqəmsallaşdırıblar. SİMA ilə bu günədək həyata keçirilən tranzaksiyalar nəticəsində hər hansı fiziki iştirakçılıq olmadan, kağız sənədlər istifadə edilmədən milyonlarla sayda imzalama, təsdiqləmə və ya elektron sistemlərə giriş edilib. Bu həcmdə kağızsız əməliyyat isə yüzminlərlə ağacın kəsilməkdən xilas edilməsi deməkdir.

Nəticə etibarilə SİMA yeni nəsil rəqəmsal imzadan istifadə ağacların kəsilməsinin, dolayı yolla təbiətdəki yaşıllığın azalmasının qarşısını alır. Kağız istehsalının azaldılması isə həm də istehsal prosesi zamanı sərf olunan su və enerji ehtiyatlarına da qənaət etmə imkanı yaradır.

Qeyd edək ki, kağız istehsalı böyük miqdarda ağacın kəsilməsini tələb edən prosesdir. Hesablamalara görə, bir ton kağız istehsalı üçün təxminən 17 ağac kəsilir. Orta hesabla hər il dünyada 400 milyon ton kağız istehsal edildiyini nəzərə alsaq, bu, hər il yüzminlərlə ağacın kəsilməsi deməkdir. Başqa bir nümunə gətirsək, günümüzdə bank filiallarında bir kredit müqaviləsinin hazırlanmasına təxminən 50 vərəq sərf edilir. Rəqəmsal sənədləşmə sayəsində isə bu göstəricini 80%-ə qədər azaltmaq mümkündür.

Bu gün artıq 1000-dən çox elektron xidmət SİMA ilə əlçatandır. Aparılmış monitorinqə görə, təkcə banklarda SİMA ilə kredit vermə müddəti 3 dəfə, müştəri itkisi göstəricisi 2 dəfə azalır. "SİMA İmza" həm də bölgələrdə yaşayan sakinlərin xidmət mərkəzlərinə gəlmə asılılığını aradan qaldırır ki, bu da enerjiyə (yanacağa) qənaət, dolayı yolla təbiətə buraxılan zərərli qazların azaldılması deməkdir.

Nəticə olaraq rəqəmsal sənədləşmənin genişlənməsi karbon izinin azalmasına, su və enerji sərfiyyatının optimallaşmasına gətirib çıxarır. Bu cür dəyişikliklər yalnız ətraf mühitin qorunmasına deyil, həm də davamlı və yaşıl texnologiyalar əsasında inkişaf edən bir gələcəyə xidmət edir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və "157" Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Noyabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri