Şimal bölgəsində yeni tədris ilinə start verildi FOTO
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkəmizin hər yerində olduğu kimi, şimal bölgəsindəki təhsil ocaqlarında da yeni dərs ilinə mütəşəkkilliklə start verilib.
Çəkiliş qrupumuz Xaçmaz rayonunun Palıdlı kənd tam orta məktəbində ilk dərs gününü müşahidə edib. 164 nəfər şagirdin təhsil aldığı bu təhsil ocağında bu il 15 nəfər birinci sinifdə oxuyacaq. Bilik günü ilə bağlı məktəbdə keçirilən tədbirdə bütün şagirdlərə uğurlar arzulanıb.
Yeni dərs ilinin başlaması ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsi Bizim.Media-nın sorğusu əsasında açıqlama verib:
"2026–2027-ci tədris ilində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 82 min 268 şagirdin təhsil alması nəzərdə tutulur. Yeni tədris ilində region üzrə ümumi təhsil müəssisələrinin I siniflərinə 6 min 350 şagird qədəm qoyacaq. IX siniflərdə 6 min 268 şagird təhsil alacaq".
Yeni tədris ilinə hazırlıq çərçivəsində regionda təhsil infrastrukturunun inkişafı istiqamətində də işlər davam etdirilir. Belə ki, Quba, Qusar və Şabran rayonlarında yeni məktəb binalarının tikintisi həyata keçirilir.
Hazırda Quba rayonunun Hacıhüseynli kəndində 528 şagird yerlik, Qusar rayonunun Kuzunqışlaq kəndində 220 şagird yerlik, Şabran rayonunun Ağalıq kəndində isə 648 şagird yerlik tam orta ümumtəhsil məktəbinin tikintisi davam edir.
Yeni məktəb binalarının istifadəyə verilməsi ilə həmin ərazilərdə şagirdlərin daha müasir və əlverişli təhsil mühiti ilə təmin olunmasına, təhsil infrastrukturunun yaxşılaşdırılmasına və məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə imkan yaranacaq.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində yeni tədris ilinin müasir tələblərə uyğun təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin əlverişli təhsil şəraiti ilə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 15 Sentyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















