Icma.az
close
up
RU
Simalar 17 yaşında ərə getdi, 21 də boşandı: müğənni, aktrisa, müəllim Roza Zərgərli

Simalar 17 yaşında ərə getdi, 21 də boşandı: müğənni, aktrisa, müəllim Roza Zərgərli

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan şou-biznesində elə simalar var ki, onları yalnız oxuduqları mahnılarla tanımaq mümkün deyil. Roza Zərgərli belə müğənnilərdəndir. Yeri gəlmişkən, Roza Zərgərli hazırda gündəmin ən çox müzakirə olunan simalarındandır. Buna ifaçının bir neçə gün öncə VI Dünya Köçəri Oyunlarının açılış mərasimində dövlət başçıları qarşısında mahnı oxuması səbəb olub. Sosial şəbəkələrdəki müzakirlərdə hamı bu suala cavab axtarır: Roza Zərgərli “Bişkek Arena”ya necə gedib çıxdı?
Buna görə də Modern.az saytının “Simalar” rubrikasında Roza Zərgərlidən bəhs etməsi təsadüfi deyil.
Onun həyatında erkən yaşda qurulan ailə, boşanma, ikinci evlilik, xəyanət, övladlığa götürdüyü uşaqlar, rejissorluq, aktyorluq, müəllimlik, kitab müəllifliyi kimi bir-birindən fərqli səhifələr var.

Bu gün o, səhnədə özünəinamlı, emosional və iddialı müğənni kimi görünür.

Sibir torpağında doğulan qız

Roza Zərgər qızı Allahverdiyeva 1979-cu il martın 27-də Rusiyanın Tümen vilayətinin Labıtnangi şəhərində hərbçi ailəsində dünyaya gəlib. Uşaqlığı Sibirdə keçib.

Musiqi onun həyatına çox erkən daxil olub. Özünün müxtəlif müsahibələrində dediyinə görə, 7 yaşından musiqi məktəbinə gedib. İlk illərdən musiqi ilə ciddi məşğul olub, daha sonra peşəkar səhnəyə qədəm qoyub. 2000-ci ildən etibarən onun peşəkar səhnə fəaliyyəti başlayıb.

Amma Roza Zərgərli üçün musiqi heç vaxt son dayanacaq olmayıb.

O, musiqi təhsili ilə yanaşı, rejissorluğa da maraq göstərib. Əvvəlcə Musiqi Texnikumunda akkordeon və fortepiano ixtisasları üzrə təhsil alıb. 2001-2008-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kütləvi tədbirlər rejissorluğu ixtisası üzrə ali təhsil alıb.2015-ci ildə magistraturanın rejissor sənətinin tarixi və nəzəriyyəsi ixtisasını fərqlənmə diplomu ilə bitirib.
17 yaşında ərə gedib...

Roza Zərgərlinin şəxsi həyatı ilə bağlı diqqətçəkən məqamlardan biri çox erkən yaşda ərə getməsidir.

Özü müxtəlif illərdə verdiyi açıqlamalarda 17 yaşında ailə qurduğunu, ilk evliliyinin isə təxminən 5 il davam etdiyini bildirib. Bu, onun həyatının ən çətin dövrlərindən biri olub.

Roza Zərgərli sonralar etiraf edib ki, indiki ağlı olsaydı, o yaşda ailə qurmazdı. Hətta övladlarına da erkən ailə həyatı qurmağı məsləhət görmədiyini deyib.

Onun fikrincə, insan əvvəlcə təhsilini başa vurmalı, özünü təsdiqləməli, karyerasını qurmalı, daha sonra ailə haqqında düşünməlidir.

Bu sözlər əslində Roza Zərgərlinin öz həyatından çıxardığı dərsin ifadəsidir.


21 yaşında boşandı, sonra 3 dəfə nişanlandı

İlk evliliyinin bitməsindən sonra Roza Zərgərlinin qarşısında başqa bir həyat hekayəsi başlayıb.

Özünün dediyinə görə, o, 21 yaşından 27 yaşına qədər üç dəfə nişanlanıb. Hətta üç dəfə toy mərhələsinə qədər gəlib, lakin son anda evliliyin uğurlu olmayacağını hiss edərək geri çəkilib. Müğənni bunu güclü intuisiyası ilə əlaqələndirib.

Nəhayət 27 yaşında ikinci dəfə ailə həyatı qurub.

Bu dəfə münasibət daha uzun çəkib – 16 il davam edən ikinci evlilik də son nəticədə bitib. Roza xanım ayrılığın səbəblərindən danışarkən xəyanətlə üzləşdiyini bildirib. Hətta həyat yoldaşının ona yaxın olan bir insanla xəyanət etdiyini deyib.

O, bir müsahibəsində bu məsələdə öz mövqeyini çox sərt ifadə edib: xəyanəti bağışlamağın onun üçün asan olmadığını söyləyib.

Bəziləri Roza Zərgərlinin səhnədəki sərt və özünəinamlı obrazının buradan gəldiyini deyirlər.

Rejissor, aktrisa, aparıcı, müəllim...

Roza Zərfərli səhnədə yalnız müğənni kimi yox, rejissor, aktrisa və aparıcı kimi də özünü sınayıb.
O, 2000-ci ildə Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi işə başlayıb. Bununla yanaşı, müxtəlif süjetli kliplərin ssenari müəllifi və rejissoru olub.

2014-cü ildən müxtəlif telekanallarda (İctimai TV, “Lider” TV,  ATV) yayımlanan “Bakı vaxtı ilə” verilişinin aparıcısı və müəllifi olub.
Roza Zərgərli aktrisa kimi bir çox seriallarda müxtəlif xarakterli rollar oynayıb: bu ekran işləri sırasına “Susmuş vicdan”, “Tək olanda qorxma”, “Qisas”, “100 kağız”, “Azərbaycansayağı boşanma”, “Şou-biznesin sonu”, “Bizim restoran” serialları, “Oxşarabad” musiqili komediyası daxildir.
Bakı Xoreoqrafiya Akademiyasının rəsmi məlumatında onun 2019-cu ildən burada müəllim kimi fəaliyyət göstərdiyi, 2021-ci ildə isə doktoranturaya qəbul olduğu göstərilir. Sənətçi Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsində Azərbaycan teatr tarixi, Dünya teatr tarixi, Dram nəzəriyyəsi kimi fənləri tədris edir.
Beləliklə, onun fəaliyyət dairəsi kifayət qədər qeyri-adi mənzərə yaradır: müğənni, rejissor, aktrisa, aparıcı, müəllim...

Roza və uşaqları...


Roza Zərgərlinin həyatının ən çox danışılan tərəflərindən biri isə övladlarıdır.

O, müxtəlif açıqlamalarında dörd övladının olduğunu (iki qız, iki oğlan) bildirib. Lakin onlardan yalnız Bənövşə Allahverdiyevanın bioloji övladı olduğunu, digərlərini - Natəvan adlı qızı, Corc və Jerar adlı oğlanları isə övladlığa götürdüyünü söyləyib.

Roza Zərgərli bir neçə uşağı övladlığa götürməsini özünün danışdığı emosional hadisələrlə əlaqələndirib.

Məsələn, o bildirib ki, Bənövşənin əkiz qardaşı olub, lakin oğlan uşağı dünyasını dəyişib. Daha sonra çəkiliş meydançasında gördüyü bir uşağı öz oğluna bənzədib və onu ailəsinə götürmək istəyib. Həmin uşaq sonradan aktyor Corc Qafarov kimi tanınıb...

Müğənni oldu, amma müğənniliklə kifayətlənmədi

Roza Zərgərlinin yaradıcılıq bioqrafiyasına nəzər salanda onun niyə özünü yalnız müğənni çərçivəsinə sığdırmadığı aydın görünür.

O, aktyorluq edib, rejissorluqla məşğul olub, televiziya layihələrində iştirak edib.

Ən maraqlı tərəflərdən biri isə onun kitab yazmasıdır. Roza Zərgərli “Sibir çiçəyi” adlı avtobioqrafik roman yazıb.

R.Zərgərli bu kitab haqqında danışarkən deyib ki, məqsədi öz həyatını mümkün qədər səmimi şəkildə qələmə almaq olub.
Sonralar o, ikinci kitab üzərində də çalışdığını açıqlayıb. “Məcnunsuz Leyli” adlandırdığı bu əsəri övladlığa götürdüyü uşaqların bioloji anasının həyatına həsr etmək niyyətində olduğunu bildirib.

“Maşın şou”da qalib oldu, amma avtomobili götürmədi

Roza Zərgərlinin ən çox yadda qalan televiziya hadisələrindən biri də “Maşın” realiti şousu ilə bağlıdır.

2018-ci ildə ekranlara çıxan layihədə qalib gəlsə də, avtomobili götürməkdən imtina edib və mükafatın xeyriyyə məqsədilə istifadə olunmasını istəyib.

O vaxt bu qərar müğənni haqqında müzakirələri daha da artırmışdı. Çünki şouda əsas məqsəd avtomobili əldə etmək olduğu halda, qalibin sonda mükafatdan imtina etməsi gözlənilməz addım idi.

Beləliklə, Roza Zərgərli bir daha özünü standart davranışlara sığışmayan insan kimi göstərib.

Səhnədə Roza, həyatda isə...

Onun xarakterinin maraqlı tərəflərindən biri də budur ki, Roza Zərgərli həm çox emosional, həm də olduqca sərt ola bilir.

Özü də müsahibələrində bunu gizlətməyib. Bir tərəfdən mehriban və əliaçıq olduğunu, xeyriyyəçiliyi sevdiyini deyib, digər tərəfdən isə xəyanət və yalan məsələsində güzəştə getmədiyini bildirib.

Bu ziddiyyətlər onun obrazını maraqlı edir.

Çünki o, nə tam “şou-biznes qəhrəmanı”, nə də yalnız “ailə qadını” obrazına sığır.


Bişkekdə yeni gündəm

Roza Zərgərlinin adı 2026-cı ilin avqustunun sonunda yenidən böyük auditoriyanın diqqətinə düşdü.

Bu dəfə məkan Qırğızıstanın paytaxtı Bişkek, səhnə isə 51 min tamaşaçı tutan “Bişkek Arena” idi.

VI Dünya Köçəri Oyunlarının açılış mərasimində xüsusi qonaq kimi səhnəyə çıxan Roza Zərgərli “İstədim” mahnısını ifa etdi. Tədbiri müxtəlif dövlətlərin prezidentləri də izləyirdi.

Maraqlıdır ki, bu çıxış da Roza Zərgərlinin həyatındakı digər hadisələr kimi birmənalı qarşılanmadı.

Sosial şəbəkələrdə bəziləri Roza Zərgərlinin həmin mərasimə layiq olmadığını bildirdi. 

Həmkarı Nura Suri isə Roza Zərgərlinin xaricdəki uğurlarına münasibətin kifayət qədər işıqlandırılmadığını bildirərək, onu müdafiə etdi.

A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Sentyabr 2026 07:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri