Icma.az
close
up
RU
Şimalda yeni hərbi balans: İsveç və Finlandiyanın sərhəd briqadası Rusiyaya hansı mesajı verir?

Şimalda yeni hərbi balans: İsveç və Finlandiyanın sərhəd briqadası Rusiyaya hansı mesajı verir?

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsveç və Finlandiyanın NATO-ya qoşulmasından sonra Şimal Avropasında təhlükəsizlik arxitekturası sürətlə dəyişir.

Son məlumata görə, hər iki ölkə Rusiya sərhədi yaxınlığında 4–5 min nəfərlik zərbə briqadası yerləşdirib. Bu briqadada İsveç, Norveç və Danimarka hərbçilərinin olması, “Arçer” haubitsalarının və Britaniya istehsalı qırıcıların gətirilməsi planı regionda hərbi çəkini ciddi şəkildə artırır.

NATO-nun bu planı təsdiqləməsi isə açıq şəkildə Rusiyaya yönəlmiş mesaj kimi dəyərləndirilir. Belə bir addım Moskvanın hərbi-siyasi dairələrində narahatlıq yaradır və münasibətlərin gələcək trayektoriyası ilə bağlı sualları gündəmə gətirir.

Məsələnin detalları ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu briqada hər iki ölkənin NATO üzvlüyündən sonra atdığı ən ciddi praktiki addımlardan biridir. Dediyinə görə, əvvəllər İsveç və Finlandiya neytrallıq siyasətinə üstünlük verirdilər, indi isə açıq şəkildə alyansın hərbi strukturlarına inteqrasiya olunurlar:

“Zərbə briqadasının Rusiya sərhədinə yaxın yerləşdirilməsi bu ölkələrin öz təhlükəsizliklərini yalnız kollektiv müdafiə ilə təmin edə biləcəklərinə inandıqlarını göstərir. Bu addım həm də Moskvanın təhdidlərinə qarşı siyasi və hərbi mesajdır. Yəni söhbət artıq simvolik yox, real hərbi gücün yerləşdirilməsindən gedir”.

Bu briqadanın tərkibində digər Skandinaviya ölkələrinin hərbçilərinin olmasından danışan politoloq bildirib ki, bu, ilk növbədə regional həmrəyliyin nümayişidir. İsveç və Finlandiya təkbaşına yox, kollektiv şəkildə hərəkət etdiklərini göstərirlər. Onun sözlərinə görə, Norveç və Danimarka hərbçilərinin briqadada yer alması, NATO-nun şimal cinahının koordinasiyalı fəaliyyətini gücləndirir:

“Bu, həm də Rusiyaya siqnal verir ki, qarşıdurma yalnız iki ölkə ilə deyil, bütün Şimali Avropa və NATO ilə olacaq. Beləliklə, briqada sadəcə hərbi qüvvə yox, siyasi iradənin rəmzidir”.

Züriyə Qarayeva:  Bu, həm də Rusiyaya bir siqnaldır ki, qarşıdurma bütün Şimali Avropa və NATO ilə olacaq

Müsahibimiz hesab edir ki, bu addım İsveç və Finlandiyanın Rusiya ilə münasibətlərində gərginliyi daha da artıracaq. Qarayeva deyib ki, Moskva bu addımı öz sərhədlərinə təhdid kimi qiymətləndirəcək və cavab tədbirləri görməyə çalışacaq:

“Artıq Rusiya sərhəd bölgələrində hərbi hazırlıqları artıracağını bildirə bilər. Bu isə qarşılıqlı güc yığımı, yəni “silahlanma yarışı”na səbəb ola bilər. Nəticədə, tərəflər arasında dialoqun imkanları daha da azalacaq və inamsızlıq dərinləşəcək”.

Həmsöhbətimizə görə, bu qərar Avropada yeni hərbi balans yaradır. NATO açıq şəkildə göstərir ki, Şimal cinahında da möhkəm şəkildə mövcuddur və lazım gələrsə, sürətli reaksiya verə bilər:

“Bu, bir tərəfdən üzv ölkələrin təhlükəsizlik hissini gücləndirsə də, digər tərəfdən Rusiya ilə qarşıdurmanı daha kəskinləşdirir. Avropanın təhlükəsizlik gündəmi getdikcə daha çox hərbiləşir və diplomatik həll imkanları arxa plana keçir. Uzunmüddətli perspektivdə bu, regionu daha riskli və gərgin müstəviyə daşıya bilər”.

Zülfü Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Sentyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri