Icma.az
close
up
RU
Şimali Kipr parlamentinin sədri: Azərbaycanının mövqeyi Lefkoşa ilə əməkdaşlığın vacib nümunəsidir

Şimali Kipr parlamentinin sədri: Azərbaycanının mövqeyi Lefkoşa ilə əməkdaşlığın vacib nümunəsidir

Icma.az bildirir, Azertag portalına istinadən.

Ankara, 12 iyun, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) böyük Türk dünyasında layiqli yerini qürurla tutur. Biz Türk Dövlətləri Təşkilatının (TDT) liderlərinin Lefkoşanın bu təşkilatda müşahidəçi statusunun tanınması barədə qərarını yüksək qiymətləndirir və əlaqələrin, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin sədri Ziya Öztürkler Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Astanada keçirilən 14-cü Plenar iclasının iştirakçılarına müraciətində deyib.

Şimali Kipr parlamentinin sədri Azərbaycan Milli Məclisinin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması qərarını alqışlayıb və Bakının atdığı addımları Lefkoşa ilə “əməkdaşlığın vacib nümunəsi” adlandırıb.

O vurğulayıb: “Fürsətdən istifadə edərək, Azərbaycana və Milli Məclisə bir daha təşəkkürümü bildirmək istəyirəm. Biz Türk dünyası ilə strateji dialoqu daha da inkişaf etdirmək, tarixi və mədəni ortaqlığa əsaslanan əlaqələri dərinləşdirmək və genişləndirmək əzmindəyik. Türk dövlətlərinin ŞKTC ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq potensialından maksimum istifadə edəcəyinə şübhə etmirəm”.

ŞKTC parlamentinin sədri TÜRKPA-nın türk dövlətlərinin ortaq məqsədlərinə nail olunmasına verdiyi töhfəni qeyd edib. O əmin edib ki, Lefkoşa 2040-cı ilədək TDT-nin İnkişaf Konsepsiyasının həyata keçirilməsi üçün mümkün olan bütün addımları atmağa hazırdır.

Z.Öztürkler Şimali Kiprin geostrateji mövqeyinin beynəlxalq tərəfdaşlara vəd etdiyi imkanlara da diqqət çəkib. “Türk Kipri Türk dünyasının Aralıq dənizinə açılan “pəncərəsidir”, TDT-nin ayrılmaz hissəsidir”, -deyən parlament sədri bütün türk ölkələrini ŞKTC-nin potensialından maksimum yararlanmağa çağırıb.

Qeyd edək ki, TÜRKPA-nın plenar iclasının iştirakçıları, o cümlədən Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul edilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see262

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see219

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri