Icma.az
close
up
RU
Şimali Kipr rəsmisi: Bugünkü forum Türk dünyasının birliyinin yeni mərhələyə yüksəldiyini açıq şəkildə göstərir

Şimali Kipr rəsmisi: Bugünkü forum Türk dünyasının birliyinin yeni mərhələyə yüksəldiyini açıq şəkildə göstərir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 24 noyabr, AZƏRTAC

Bugünkü forum Türk dünyasının birliyinin yeni mərhələyə yüksəldiyini açıq şəkildə göstərir. Xalqlarımızı birləşdirən ortaq dəyərlər, mədəniyyət və tarix bu gün həmrəyliyimizin əsas sütununu təşkil edir. Zəngəzur dəhlizi isə yalnız nəqliyyat xətti deyil, eyni zamanda, bu dəhliz bütün Türk dünyasının inteqrasiya yolunda atdığı böyük bir addımın, birləşmə hərəkatının mühüm simvoludur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin həmrəylik forumu çərçivəsində keçirilən “Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü” mövzulu paneldə Şimali Kipr Türk Respublikasının Daxili İşlər Nazirliyinin aparat rəhbəri Mehmet Ercilasun deyib.

O qeyd edib ki, bu layihə təkcə coğrafi bağlantı yaratmır, həm də siyasi, iqtisadi və mədəni baxımdan birliyimizin güclənməsinə xidmət edir. Türk Dövlətləri Təşkilatı Zəngəzur dəhlizinin açacağı imkanlarla birlikdə daha da strateji əhəmiyyət qazanacaq. Bu dəhliz Türk dünyasının qlobal miqyasda daha sistemli, daha koordinasiyalı və daha qüvvətli şəkildə hərəkət etməsini təmin edəcək. Əslində, bu dəhliz türk dövlətlərini birləşdirən böyük bir zəncirin mühüm halqasıdır.

“Bu prosesdə QHT-lərin rolu xüsusi qeyd olunmalıdır. QHT-lər dövlət və cəmiyyət arasında ən dinamik gücdür. İnsan haqları, ekologiya, qadın və uşaq hüquqları kimi sahələrdə onların fəaliyyəti demokratik cəmiyyətlərin əsas göstəricisidir. QHT-lərin gücü inkişaf etmiş idarəetmə mədəniyyətinin, açıq və iştirakçı demokratiyanın nümunəsidir. Biz inanırıq ki, Türk dünyasının daha dayanıqlı, daha ədalətli və daha çiçəklənən bir gələcək qurmasında QHT-lər mühüm rol oynamağa davam edəcək”, - deyə Mehmet Ercilasun vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri