Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri azərbaycanlı deputatları qəbul edib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ankara, 31 yanvar, AZƏRTAC
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Ziya Öztürkler Lefkoşada Rauf Denktaş və Fazıl Küçük adına II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumunda iştirak etmək üçün bu ölkəyə səfər edən Azərbaycan Milli Məclisinin bir qrup deputatını, QHT nümayəndələrini və jurnalistləri qəbul edib.
AZƏRTAC xəbər verir ki, 31 yanvar tarixində start götürəcək simpoziumda Azərbaycan və Qazaxıstan da daxil olmaqla, 12 ölkədən 52 qonaq iştirak edəcək.
Görüşdə iştirak edən tədbirin təşkilatçısı, Türk Birliyi Həmrəylik Assosiasiyasının (Türk-Bir) sədri professor Güvən Arıklı bildirib ki, simpoziumun hədəfi dünya ictimaiyyətinin ŞKTC reallıqları barədə bilgilərini artırmaqdır.
ŞKTC parlamentinin spikeri öz növbəsində bu cür əhəmiyyətli təşəbbüslərə dəstək verməyə hazır olduğunu qeyd edib.
Milli Məclisin deputatı Anar İsgəndərov əminliklə bildirib ki, Azərbaycan dövləti Kipr türklərini dəstəkləyir. Deputat Jalə Əliyeva isə Şimali Kiprin azad, müstəqil və dinc inkişafının bütün türk dünyası üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 31 Yanvar 2025 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















