Icma.az
close
up
RU
Şimali Kipr Türk Cümhuriyyətinə ən mühüm siyasi və mənəvi dəstək Türkiyə və Azərbaycandan gəlir

Şimali Kipr Türk Cümhuriyyətinə ən mühüm siyasi və mənəvi dəstək Türkiyə və Azərbaycandan gəlir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Tatar Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzində keçirilən simpoziumda çıxışında Kipr türklərinin sayını azaldacaq və onları assimilyasiya edəcək federasiya kitabının bağlandığını, Kiprdə razılaşmanın reallaşması üçün iki ayrı və bərabər suveren dövlət siyasətinin aparıldığını bildirib. Prezident qeyd edib ki, Kipr Türklərinin davası bütün Türk Dünyasının mübarizəsidir. Prezident həmçinin 300 milyona yaxın Türk Dünyası üzvünün bir-birinə verəcəyi dəstəyin əhəmiyyətli olduğunu da qeyd edib. Ersin Tatar bildirib ki, Türk Dünyasında əlifba və dil birliyinin gücləndirilərək daha sağlam ünsiyyət qurulacaq və gələcəkdə iqtisadi, ticari, mədəni və milli əlaqələr daha yaxşı olacaq. Ersin Tatar vurğulayıb ki, Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi üzv olduğu Türk Dövlətləri Təşkilatının konstitusiyada təsbit olunmuş adı və bayrağı ilə toplantılarına qatılması tanınma yolunda mühüm addımdır.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin tarixinə nəzər salındıqda bu adanın çox vaxt Türklərin ərazisi olduğunu görmək mümkündür, amma 1950-ci illərdən sonrakı proseslərdə yunanlar soyqırım və assimilyasiyaya əsaslanan siyasət yürütərək türkləri adadan qovmağa çalışıblar.

Kərəm Qarabulud

“1974-cü ildə Türkiyənin sülh hərəkatından sonra Türklər adada sülh içində yaşamaq imkanı əldə ediblər. 1974-cü ildən bəri Şimali Kipr Türk Cümhuriyyətinin bütün xoşməramlı cəhdlərinə baxmayaraq, yunanların barışmaz münasibəti adada iki icmalı dövlətin yaranmasına mane oldu. Bunun ən son nümunəsi Annan planıdır.

Bütün baş verənlər araşdırıldığı zaman Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarın fikirlərinin doğru olduğu anlaşılacaq. Şimali Kipr Türk Cümhuriyyəti indi bütün beynəlxalq toplantılarda layiqli adı və şanlı bayrağı ilə təmsil olunmalı, eyni zamanda rəsmi olaraq tanınmalıdır. Bu prosesdə Şimali Kipr Türk Cümhuriyyətinə ən mühüm dəstək Türkiyə və Azərbaycandan gəlməlidir və onlar hazırda bu dəstəyi verirlər”-deyən professor qeyd edib ki, əgər Qərb ölkələri həmişə olduğu kimi qərəzli davranmasalar, onlar da bu fikri dəstəkləməlidirlər.

“Xüsusilə Türk Dünyası ölkələri və müsəlman ölkələri Şimali Kipr Türk Cümhuriyyətinin tanınması istiqamətində addımlar atsalar, zamanla Qərb ölkələri də onu tanıyacaq”-deyən Kərəm Qarabuludun fikrincə, bu prosesin arzulandığı kimi irəliləməsinin ən mühüm təməli güclü Türkiyə və güclü Azərbaycan olacaq.

“Türkiyə və Azərbaycanda baş verəcək hər hansı mənfi hadisələrin Şimali Kipr Türk Cümhuriyyətinə də mənfi təsirləri olacaq”-deyən professor hesab edir ki, bu səbəbdən hər iki ölkənin güclü tərəflərini birləşdirərək qabaqcıl texnologiya istehsalına doğru addımlar atması vacibdir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Fevral 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see470

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see240

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see182

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see151

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see143

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri