Icma.az
close
up
RU
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinə həsr edilmiş rəsm əsərləri nümayiş olunub

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinə həsr edilmiş rəsm əsərləri nümayiş olunub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 dekabr, AZƏRTAC

Dekabrın 18-də Azərbaycan Rəssamlar İttifaqında Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyi, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə müxtəlif yaş qruplarından olan rəssamların Azərbaycan və Şimali Kiprə həsr etdikləri əsər nümayiş olunub.

Tədbirdə çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner ölkələrimiz arasındakı əlaqələr barədə məlumat verib. Diqqətə çatdırıb ki, Şimali Kiprlə Azərbaycan arasında çox güclü bir könül bağı mövcuddur. “Bu bağ kökləri qədim tarixə dayanan, dərin və sarsılmaz bir qardaşlıqdır. Biz bu qardaşlığı daha da möhkəmləndirmək, bu əlaqələri daha güclü etmək üçün kiçik, lakin mənalı bir addım atmaq istədik. Bu gün sərgidə nümayiş olunan əsərlər həqiqətən çox dəyərlidir. Həm peşəkar, həm də həvəskar azərbaycanlı rəssamlar ölkələrimizin təbiətini, mədəniyyətini və sivilizasiyasını əks etdirən əsərlərlə iştirak ediblər”,- deyə U.Turqaner əlavə edib.

Milli Məclisin deputatı Cavanşir Feyziyev qeyd edib ki, digər mədəniyyət xadimlərimiz kimi, rəssamlar da Şimali Kipr Türk Cümhuriyyətinə xüsusi diqqət göstərir, zaman-zaman bu ölkəyə səfər edərək orada əsərlər yaradırlar. Bu əsərlər Azərbaycan rəssamlarının Şimali Kipr haqqında təsəvvürlərinin bədii əksidir. Layihə ölkələrimiz arasında mədəni əlaqələrin güclənməsinə töhfə verməklə yanaşı, Şimali Kiprin turizm potensialının tanıdılması baxımından da əhəmiyyət daşıyır. Növbəti mərhələdə sərginin Şimali Kiprdə keçirilməsi nəzərdə tutulur”.

YAP Yasamal Rayon Təşkilatının sədr müavini Elnarə Mustafayeva vurğulayıb ki, qardaşlıq bağları mənəvi dəyərlərin yüksək səviyyədə təzahürüdür. Onun sözlərinə görə, bu cür sərgilər ölkələrarası əlaqələri möhkəmləndirir və Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında münasibətlərin inkişafına töhfə verir.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və digər çıxışçılar da sərgi barədə fikirlərini bölüşüblər.

Sonda qonaqlar sərgi ilə yaxından tanış olublar.

-1 / 2

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see635

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see270

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see244

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see218

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see204

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see196

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see191

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see181

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see177

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see175

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see155

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see148

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see142

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see140

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri