Şimali Kipr Türk Cümhuriyyətinin Milli Birlik Partiyası Vaşinqton görüşünün yekunları münasibətilə Azərbaycanı təbrik edib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Ankara, 10 avqust, AZƏRTAC
Azərbaycan ilə Ermənistanın Birgə Bəyannaməsi Cənubi Qafqaz regionunda uzunmüddətli sülh, sabitlik və inkişafla bağlı ümidləri gücləndirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı siyasi qüvvələrindən biri olan Milli Birlik Partiyasının (UBP) baş katibi Oğuzhan Hasipoğlu bildirib.
Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşün yekunlarını şərh edən UBP-nin baş katibi Zəngəzur dəhlizinin açılması şərtlərini özündə ehtiva edən sənədin imzalanmasını tarixi hadisə adlandırıb.
Siyasətçi vurğulayıb ki, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasındakı marşrut Türk dünyasının daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.
“Azərbaycan Prezidenti İlham Əliyevi və Vaşinqton görüşünün uğurla keçməsinə töhfə verən hər kəsi təbrik etmək istərdim”, - deyə siyasətçi ŞKTC əhalisinin Azərbaycan xalqının qürurunu bölüşdüyünü vurğulayıb.
Qeyd edək ki, UBP ŞKTC parlamentində ən böyük fraksiyaya malikdir, onun sədri Ünal Üstel isə Şimali Kiprin koalisiya hökumətinə rəhbərlik edir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Baxış sayı:35
Bu xəbər 10 Avqust 2025 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















