Icma.az
close
up
RU
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti AzTU nun Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti AzTU nun Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 iyul, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetinə (AzTU) səfəri çərçivəsində Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva bildirib ki, mərkəz Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, BP şirkəti və Azərbaycan Texniki Universitetinin (AzTU) maliyyə dəstəyi ilə qurulub. Mərkəzdə yaradılan imkanlar haqqında Prezident Ersin Tatara məlumat verən Xəyalə Hacıyeva qeyd edib ki, iki mərtəbədən ibarət kitabxana eyni vaxtda 200 nəfər istifadəçiyə xidmət göstərir. Beynəlxalq standartlara cavab verən mərkəzdə elmi-mədəni irsin mühafizəsi və istifadəsini təmin edən repozitoriya yaradılıb və kitabxananın elektron xidmətlərinin inteqrasiya olunduğu veb sayt hazırlanıb.

Mərkəz ən son təhlükəsizlik və özünəxidmət sistemi ilə təchiz edilib. Elektron köşklər oxuculara fiziki resurs kolleksiyasında olan resursun mövcudluq vəziyyətini təyin etməyə, özünəxidmət texnologiyası isə materialların istifadəçilər tərəfindən hesablarına daxil olmaqla sərbəst istifadəsini təmin edir. Bundan əlavə, kitabxana istifadəçilər üçün printer və skaner avadanlıqları ilə də təchiz olunub.

O da qeyd olunub ki, AzTU Kitabxana İnformasiya Mərkəzi yerli mütəxəssislər tərəfindən ölkədə yaradılmış ilk tam beynəlxalq infrastrukturlu kitabxanadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see208

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see200

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see162

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see139

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see132

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see128

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri