Icma.az
close
up
RU
Özünü Qərb yarımkürəsinin lideri elan edən ABŞ yenidən Amerika qitəsində liderlik mövqeyini bərpa etmək istəyir

Özünü Qərb yarımkürəsinin lideri elan edən ABŞ yenidən Amerika qitəsində liderlik mövqeyini bərpa etmək istəyir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“19-cu əsrin əvvəlindən günümüzədək ABŞ dünyanın ən müxtəlif bölgələrində açıq və ya gizli hərbi müdaxilələr etmiş, yaxud seçkilərə müdaxilə yolu ilə hakimiyyətə öz istədiklərini gətirə bilmişdir. Havayda (1893) açıq hərbi müdaxilə ilə monarxistləri devirən ABŞ-ın 20-ci əsr tarixi xarici müdaxilələr ilə doludur: Çindən (1912), Macarıstana (1919), Yaponiyadan (1945) Argentinaya (1955), Fransadan (1947) Kolumbiyaya (1948), Boliviyadan (1951, 1970, 1980, 2002) Misirə (1952), İrandan (1953) Vyetnama (1955), Çilidən (1958, 1973) Laosa (1960), İraqdan (1963) Qvatemalaya (1963), Türkiyədən (1960, 1971, 1980) Panamaya (1981, 1989) çoxsaylı xatırlaya biləcəyimiz və bilməyəcəyimiz yüzlərlə açıq və gizli hərbi müdaxilələr qeyd oluna bilər”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Şəhla Cəlilzadə bildirib ki, elə 1989-da Panamanın işğalı zaman da indikinəbənzər iddialar (narkotraffikinqin ABŞ milli təhlükəsizliyinə təhdidləri) səsləndirilmiş, hərbi diktator ABŞ tərəfindən həbs edilmişdi: “Bu gün ölkə maraqlarına təhdid törədən elementlərlə mübarizə üçün ABŞ dünyanın 80-dən çox dövlətinə aid strateji nöqtələrdə 800-dək hərbi baza qurmuşdur. Müqayisə üçün qeyd etmək olar ki, Rusiyanın ölkə xaricindəki hərbi bazalarının cəmi sayı 30-40 civarındadır, Çinin isə cəmi bir bilinən xarici hərbi bazası var – Cibutidə. Lakin Çin əsasən kredit və borclar, beynəlxalq əhəmiyyətli infrastruktur layihələri ilə, başqa sözlə “dünyanı iqtisadi kəmərlə sıxmağı” planlaşdırmışdır ki, ABŞ buna da qarşı öz tədbirlər planını ortaya qoymuş oldu. Məsələn; 2025-ci ildə Panama Çinin “Bir Kəmər, Bir Yol” inisiativindən çıxmağa məcbur edildi, Afrikadakı Çinin mühüm dəhlizlərinə alternativlər ortaya qoydu, bu mənada Şərq-Qərb dəhlizində TRIPP marşrutunun quraşdırılması eyni strateji xəttin davamıdır”.

Şəhla Cəlilzadə

Şəhla Cəlilzadə hesab edir ki, ABŞ-nin Venesuelaya hələ 2002-ci ildə Çavez hakimiyyətdə ikən gizli hərbi müdaxiləsi uğursuz alındığı üçün Rusiya və Çin orada möhkəmlənə bilmişdi.

“Uğurlu xarici müdaxilələr ABŞ-a həm iqtisadi-siyasi dividendlər qazandırır, həm də qlobal rəqabətdə strateji mövqeyini gücləndirir. Görünən odur ki, vaxtilə Monro doktrinası (1823) ilə özünü Qərb yarımkürəsinin lideri elan edən ABŞ indi yenidən Amerika qitəsində liderlik mövqeyini bərpa etmək istəyir. Lakin, bir çox Amerika qitəsi ölkələri hələ ki, buna qarşıdır. Məsələn, təkcə kommunist Kuba yox, o cümlədən Meksika, Nikaraqua, Braziliya, Kolumbiya, Uruqvay və s. ABŞ-ın Venesuelaya hücumunu tənqid edib. Beləliklə, yeni qlobal nizamın tək ABŞ-ın liderliyində deyil, çoxtərəfli formatda təsis olunması qaçınılmazdır”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Yanvar 2026 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri