Şimali Kiprdə gəmi qəzası ilə bağlı ittiham ağırlaşdırılıb
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) avqustun 30-da baş verən “Filo Jet” gəmi qəzası ilə bağlı Girne Qəza Məhkəməsində keçirilən prosesdə 9 təqsirləndirilən şəxs 13-cü dəfə hakim qarşısına çıxıb.
Gununesi.info xəbər verir ki, məhkəmədə şirkət direktoru Ali Özdülger, birinci kapitan Mustafa Öz, ikinci kapitan Merve Nur Seraslan, baş mexanik Zeki Öz, ikinci mexanik Metin Gül, həmçinin ekipaj üzvləri Sertan Erol, Azərbaycan vətəndaşları Qədir Quliyev, Valeh Hümmətov və Rəşad İbrahimov iştirak ediblər.
Əvvəlcə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə araşdırılan iş üzrə ittiham ağırlaşdırılıb.
Yeni ekspertiza rəyləri və əldə edilən sübutlar əsasında 9 nəfər barəsində qəsdən adam öldürmə ittihamı ilə istintaq aparılır.
Məlumata görə, gəminin batmasına səbəb olan əsas amillərdən biri təmir işləri ilə bağlı nöqsanlar olub.
Ekspertiza nəticəsində təmir zamanı uyğun olmayan materiallardan istifadə edildiyi və işlərin lazımi şəraitdə aparılmadığı müəyyən edilib.
İstintaq zamanı gəminin su keçirməyən qapılarının açıq olduğu, təmir işləri ilə bağlı elektron poçt yazışmalarının isə əldə edilməsində çətinlik yarandığı bildirilib.
Valeh Hümmətov məhkəməyə verdiyi ifadəsində hadisə zamanı gəmidəki bütün qapıların açıq olduğunu bildirib.
Rəşad İbrahimovun da gəmidəki fəaliyyəti və hadisə zamanı üzərinə düşən vəzifələri ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza nəticəsində 27 nəfər həlak olub, 1 nəfərin meyiti isə tapılmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 21 Noyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















