Icma.az
close
up
RU
Şimali kiprli nazir: Ailə dəyərlərinə zidd düşüncələrin yayılmasının qarşısını almaq vacibdir

Şimali kiprli nazir: Ailə dəyərlərinə zidd düşüncələrin yayılmasının qarşısını almaq vacibdir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə ailənin təməlinin zəiflədiyinin şahidi oluruq. Sosial təcrid, ailədaxili münasibətlərin səthiləşməsi və fərdiləşmənin artması ailə institutuna birbaşa təsir göstərir. Şimali Kipr Türk Cümhuriyyətində bu təsirlərin qarşısını almaq üçün ailəyə yönəlik sosial dəstək proqramları həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlu Göktaş Bakıda Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələri də ailəni dəstəkləyici siyasətlər" adlı tədbirdə söyləyib.

O qeyd edib ki, xüsusilə ailə dəyərlərinə zidd düşüncələrin yayılmasının qarşısını almaq vacibdir. Ailənin mahiyyətini zəiflədən bu cür meyillərlə mübarizə aparmaq üçün həm maarifləndirmə, həm də qanunvericilik tədbirləri həyata keçirilir. Rəqəmsallaşmanın gətirdiyi mənfi təsirləri azaltmaq, ailə münasibətlərini texnologiyanın təsirindən qorumaq üçün spesifik strategiya hazırlanır.

“Eyni zamanda, uşaq sahibi olmağı təşviq edən modellər üzərində işləyirik. Gənc ailələrin uşaq sahibi olmasını dəstəkləmək üçün maddi və psixososial dəstək mexanizmləri tətbiq edirik.

Qadınların həm güclü iş qadını, həm də fədakar ana ola bilmələri üçün uyğun sosial siyasətlər həyata keçiririk. Onların iş həyatında irəliləmələri ilə ailə həyatında balans yaratmaları üçün dəstək proqramları mövcuddur. Bu istiqamətdə son illərdə bir çox layihələr həyata keçirilib”,-deyə nazir vurğulayıb.

Sadık Qardiyanoğlunun sözlərinə görə, bütün dünyada son 5 ildə boşanma hallarının sayının əhəmiyyətli dərəcədə artması müşahidə olunur. Bu artım yalnız ailə institutuna deyil, həm də cəmiyyətin iqtisadi və psixoloji dayanıqlılığına mənfi təsir göstərir. Buna görə də ailə münasibətlərinin möhkəmləndirilməsinə yönəlik preventiv və bərpaedici siyasətlər hər kəs üçün prioritet sahələrdəndir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri