Icma.az
close
up
RU
Şimali Koreya və Rusiya arasında ilk təyyarə reysi açılıb

Şimali Koreya və Rusiya arasında ilk təyyarə reysi açılıb

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyulun 27-də Şimali Koreyanın paytaxtı Pxenyanla Rusiyanın paytaxtı Moskva arasında birbaşa müntəzəm uçuşların başlayacağı açıqlanıb.

Bizimyol.info xəbər verir ki, müdafiə sektorunda əməkdaşlığı hər zaman aktual mövzu olan Şimali Koreya və Rusiya əməkdaşlığa doğru daha bir ilk addım atıblar.

Rusiya Nəqliyyat Nazirliyi Rusiyanın aşağı büdcəli aviaşirkəti "Nordwind Airlines"ın Şimali Koreyanın paytaxtı Pxenyan ilə Rusiyanın paytaxtı Moskva arasında birbaşa uçuşlara başlayacağını açıqlayıb. İlk uçuş iyulun 27-də baş tutacaq ki, bu da Şimali Koreya və Rusiyanın paytaxtlarını birləşdirən ilk birbaşa reysdir. Həftədə iki dəfə həyata keçiriləcək uçuşlar təxminən 8 saat davam edəcək.

Əvvəllər Şimali Koreya ilə Rusiya arasında yeganə birbaşa uçuşların Pxenyan və Vladivostok arasında olduğu bilinirdi.

Keçən ilin iyununda Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalandıqdan sonra Şimali Koreya və Rusiya müdafiə sahəsindən əlavə, bir çox sahələrdə əməkdaşlığı gücləndirib. İki ölkə arasında Tumen çayını əhatə edən avtomobil körpüsünün tikintisinə aprel ayında başlanılıb və keçən ay "Covid-19" pandemiyası səbəbiylə 2020-ci ildə dayandırılmış Pxenyan ilə Moskva və Pxenyan və Xabarovsk arasında birbaşa qatar reysləri bərpa edilib.

Bu yaxınlarda Şimali Koreyanın sahilyanı Vonsan şəhərinə səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkə arasında dəniz nəqliyyatı xətlərinin də qurulacağını bəyan edib.

Ukrayna ilə müharibədə Rusiyaya ordu göndərən Şimali Koreya indi Kremlin azsaylı dost ölkələrindən biri hesab olunur. Son illər iki ölkə rəhbərlərinin görüşləri və rəsmi şəxslərin intensivləşən səfərləri nəqiyyat reyslərinin artırılmasına səbəb olub.

Pxenyanın Moskvadan silah sənayesini inkişaf etdirmək gözləntiləri olduğu kimi, Kreml də KXDR-dən müharibədə istifadə etmək üçün raketlər və canlı qüvvə köməyi gözləyir. Əlində bu iki dövlətin yaxınlaşması daha çox insan qırğını yaratmaq istəkli dövlətlərin müttəfiqliyi kimi qiymətləndirilə bilər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 İyul 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri