Şimali Koreyadan ABŞ və Cənubi Koreyaya nüvə silahı xəbərdarlığı
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şimali Koreya ABŞ və Cənubi Koreyanın addımlarına cavab olaraq nüvə silahından istifadə ehtimalı barədə xəbərdarlıq edib.
Oxu.Az Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi bəyanat verib.
Bildirilib ki, 2022-ci ildə qəbul edilmiş müvafiq qanun ölkə rəhbərliyinə və nüvə qüvvələrinin idarəetmə sisteminə hücum edildiyi təqdirdə, eyni zamanda KXDR-ə qarşı kütləvi qırğın silahlarının tətbiqi təhlükəsi yarandıqda nüvə arsenalından istifadə imkanını nəzərdə tutur.
"Düşmənlərin dövlətimizə qarşı kütləvi qırğın silahlarından istifadə və hücumla bağlı bu cür təhdidləri təhlükəsizliyin təmin olunmasına ən ciddi çağırış kimi qiymətləndirilə bilər. Bu, dövlət nüvə silahlı qüvvələri ilə bağlı siyasəti haqqında qanunun müvafiq maddələrinin işə salınmasını tələb edir", - deyə bəyanatda vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 16 Sentyabr 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















