Şimali Koreyadan Rusiyaya növbəti dəstək: Bu, Moskvanın hüququdur
Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şimali Koreya lideri Kim Çen In Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşündə Ukraynanın uzaqmənzilli silahlardan istifadəsinin ABŞ-ın birbaşa hərbi müdaxiləsinin nəticəsi olduğunu və Rusiyanın hücumlara qarşı özünümüdafiə hüququna malik olduğunu bildirib.
Publika.az xəbər verir ki, Şimali Koreya lideri rəsmi təmaslar üçün paytaxt Pxenyanda səfərdə olan Rusiyanın müdafiə naziri Andrey Belousovu qəbul edib.
Şimali Koreya administrasiyasından verilən açıqlamaya görə, Kim nazir Belousov və onu müşayiət edən nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluğunu ifadə edib.
O bildirib ki, ABŞ-ın Rusiyaya qarşı siyasəti uzunmüddətli münaqişələri qızışdırır:
“ABŞ-ın addımları bütün bəşəriyyəti təhdid edən məsuliyyətsiz hərəkətlər olduğu üçün beynəlxalq ictimaiyyət tərəfindən pislənilməlidir. ABŞ və Qərbin Kiyev administrasiyasının Rusiya ərazisinə öz uzaqmənzilli silahları ilə hücum etmək qərarı müharibəyə birbaşa hərbi müdaxilə deməkdir. Rusiyanın hücumlara qarşı özünü müdafiə etmək hüququ var”.
Kim əlavə edib ki, güclü Şimali Koreya-Rusiya əlaqələri iki ölkə xalqlarının rifahının yüksəlməsinə, regional gərginliyin azaldılmasına və beynəlxalq strateji sabitliyin təmin olunmasına xidmət edir.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 30 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















