Icma.az
close
up
RU
Şimali Makedoniya Prezidentinin ölkəmizə səfəri münasibətlərimizin inkişafına ciddi təkan verəcək.

Şimali Makedoniya Prezidentinin ölkəmizə səfəri münasibətlərimizin inkişafına ciddi təkan verəcək.

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Azərbaycan istər beynəlxalq əlaqələrin genişləndirilməsi, istərsə də ayrı-ayrı ölkələrlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi sahəsində çox fəaldır. Azərbaycanla Şimali Makedoniya Respublikası arasında münasibətlərin intensiv inkişafı da bunun əyani nümunəsidir. Hər iki ölkə məhz keçmiş sosialist blokunun dağılmasından sonra öz müstəqilliyini bərpa edib. Azərbaycan və Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd ediləcək.
Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə səfəri də diplomatik münasibətlərin qurulmasının 30-cu ilinə təsadüf edir. Son illərdə ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələr sürətlə dərinləşməkdədir. Şimali Makedoniya həmçinin, keçən il Bakıda keçirilən COP29 qlobal iqlim sammitində ən fəal iştirak edən ölkələrdən biri kimi yadda qalıb. Həmin sammitdə də Şimali Makedoniyanı bu ölkənin xanım Prezidenti Qordana Silyanovska-Davkova təmsil edirdi. İqlim sammitinin mükəmməl səviyyədə təşkili və yüksək qonaqpərvərliyimiz həmin vaxt xanım Davkovanın diqqətini xüsusi olaraq cəlb etmişdi.
Şimali Makedoniya Prezidentinin qısa müddətdən sonra ölkəmizə ikinci dəfə səfər etməsi ölkələrimiz arasında çoxtərəfli əlaqələrin daha da genişləndirilməsinə ciddi təkan verəcək. Bu gün Azərbaycan və Şimali Makedoniya ilk növbədə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə böyük önəm verirlər. Bununçün kifayət qədər geniş potensial və imkanlar var. Həmçinin, enerji sahəsində əməkdaşlıq prioritet istiqamətlərdən birinə çevrilib. 2024-cü ildə Azərbaycandan Şimali Makedoniyaya qaz ixracına başlanılıb. Prezident İlham Əliyev Şimali Makedoniyalı həmkarı ilə birgə mətbuata bəyanatla çıxış edərkən bu məqama toxunaraq bildirdi ki, "Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq".
Dövlətimizin başçısı onu da qeyd etdi ki, Azərbaycan qazının təchizat dairəsi təkcə Şimali Makedoniya bazarına çatdırılması ilə kifayətlənmir. Şimali Makedoniyadan əlavə, bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və onların böyük əksəriyyəti (10 ölkə) məhz Avropa ölkəsidir. Hazırda dünyanın bir çox dövlətləri Azərbaycanla qaz ixracı və digər sahələrdə sıx münasibətlər qurmağa çalışır. O cümlədən, Avropa İttifaqı (Aİ) da Azərbaycanla belə əlaqələrə ciddi maraq göstərir. Prezident İlham Əliyev sözügedən bəyanatında bu məqamı da vurğuladı: “Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq".
Energetika sahəsində ikitərəfli formatda praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa etibarlı zəmin yaradır. Bu baxımdan, dövlət başçımızın Azərbaycan və Şimali Makedoniyanın turizm, təhsil, mədəniyyət və digər humanitar sahələrdə əməkdaşlığı genişləndirməsinin zəruri olduğunu vurğulaması heç də təsadüfi deyil. Şimali Makedoniya lideri də elə bu məqama toxunaraq mədəniyyət diplomatiyasının gücünə inandığını bildirdi. Xalqımızın tarixi-mədəni dəyərləri ilə yaxından maraqlanan xanım Qordana Silyanovska-Davkova humanitar sahədə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırdı. Yeri gəlmişkən, Şimali Makedoniya Prezidentinin ADA Universitetinin tələbələri ilə görüşməsi və eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan XII Qlobal Bakı Forumunda iştirakı da ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq üçün yeni imkanların açılmasına zəmin yaradacaq. Şimali Makedoniyanın və Azərbaycanın hazırkı geosiyasi təlatümlər fonunda sabit ikitərəfli əlaqələri genişləndirməsi hər iki ölkənin yeni dünya düzənindəki mövqeyini gücləndirəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Mart 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri