Icma.az
close
up
RU
Türkiyə parlament sədrinin Şimali Makedoniya səfəri

Türkiyə parlament sədrinin Şimali Makedoniya səfəri

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri rəsmi səfərdə olduğu Şimali Makedoniyanın paytaxtı Skopyedə Şimali Makedoniya parlamentinin sədri Afrim Qaşi ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib

Numan Kurtulmuş “Türkiyə Suriyada sülhün bərqərar olması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək” deyib.

SİA-nın məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri rəsmi səfərdə olduğu Şimali Makedoniyanın paytaxtı Skopyedə ölkə parlamentinin sədri Afrim Qaşi ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib.

Numan Kurtulmuş Türkiyənin Suriyada oynadığı təsirli rola işarə edərək rəsmi Ankaranın Suriyanın yenidən qurulmasında üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəyini vurğulayıb: “Türkiyə bütün etnik, siyasi, dini və məzhəb fərqlərinin təmsil olunduğu Suriyada demokratik prosesin qurulması və bununla da sülhün bərqərar olması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək”.

N.Kurtulmuş Skopyedə Şimali Makedoniyanın Baş naziri Hristijan Mickoski ilə də bir araya gəlib. Baş Nazirlik binasında keçirilən görüşdə Türkiyə rəsmisi iki ölkə arasında tarixi köklü əlaqələrin olduğu, Şimali Makedoniya və türk soylu vətəndaşların əlaqələrin inkişafında mühüm rol oynadıqları, Şimali Makedoniyanın çoxdilli və çox dinli quruluşuna əhəmiyyət verdikləri və bu ənənənin qorunub saxlanılması üçün də hər cür dəstəyi verəcəklərini dilə gətirib.

NATO-da əməkdaşlığın da əlaqələrdə mühüm faktor olduğunu və Şimali Makedoniyanın Aİ üzvlüyünü dəstəklədiklərini söyləyən Numan Kurtulmuş ikitərəfli münasibətlərin bütün platformalarda möhkəmləndililməsini arzuladıqlarını bildirərək deyib: “Türkiyə-Şimali Makedoniya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ən qısa zamanda qurulmasını istəyirik”.

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi - TİKA, Yunus Əmrə İnstitutu və Maarif Fondu kimi qurumların fəaliyyətinə verdiyi dəstəyə görə Şimali Makedoniya səlahiyyətlilərinə təşəkkür edən Türkiyə parlamentinin sədri müdafiə sənayesi, iqtisadiyyat və təhsil kimi sahələrdə də əməkdaşlığı inkişaf etdirmək istədiklərinin vurğulayıb.

Numan Kurtulmuş Skopyedə TİKA və Makedoniya Türk Qeyri-Hökumət Təşkilatları Birliyinin (MATÜSİTEB) təşkil etdiyi "21 Dekabr - Türk Təhsil Günü" proqramında da çıxış edib, “türk dili bayramının həm də könül və mədəniyyət bayramı olduğunu söyləyib.

Mərasimdə Türkiyə türkcəsində keçirilən şeir, rəsm və bəstəkarlıq yarışlarında qazanan şagirdlərə mükafatlar verilib.

Qeyd edək ki, 1944-cü ildə Skopyedə latın hərfləri ilə türkcə təhsilin başladığı gün olan 21 dekabr 2007-ci ildən Şimali Makedoniya türklərinin milli bayramı kimi qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Dekabr 2024 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri