Şimali makedoniyalı basketbolçu: Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşmışıq
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanla oyuna ciddi hazırlaşmışıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Makedoniya millisinin basketbolçusu Adem Mekiç 2027-ci il Avropa çempionatının seçmə mərhələsində bu gün Azərbaycan yığması ilə keçiriləcək oyun barədə danışarkən deyib.
29 yaşlı oyunçu evdə çıxış etməyin böyük üstünlük olduğunu bildirib: “Bu mərhələdə taktiki hazırlığa çox vaxt olmur. Burada hər şeyi komanda enerjisi həll edəcək. İlk rəqibimiz Azərbaycanla bağlı tam dolğun məlumatım yoxdur, Bu yığmaya qarşı oynamış komandaların üzvlərindən aldığım məlumata görə, kifayət qədər keyfiyyətli basketbolçuları var və istənilən rəqibə qarşı yaxşı mübarizə aparırlar. Əminəm ki, məşqçilər bütün lazımi məlumatları verəcəklər və biz matça hazır çıxacağıq”.
Qeyd edək ki, Skopyedə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 27 Noyabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















