Simeone İspaniya Superkubokunun yarımfinalında Vinisiusu iki dəfə təhrik etməyə çalışıb FOTO/VİDEO
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone İspaniya Superkubokunun yarımfinalında “Real Madrid”in cinah oyunçusu Vinisius Junioru iki dəfə təhrik etməyə çalışıb.
İdman.Biz bildirir ki, sözügedən yarımfinalda “Los Blancos” 2:1 hesabı ilə qalib gəlib.
Birinci dəfə Simeone braziliyalı oyunçunu fasilədən əvvəl təhrik edib. O, “Vini, Vini... Florentino Peres səni qovacaq, sözlərimi yadda saxla” deyib.
İkinci hadisə Vinisiusun əvəzlənməsindən sonra baş verib. “Real Madrid”in cinah oyunçusu 81-ci dəqiqədə Arda Güler ilə əvəzlənib. Braziliyalı futbolçu meydandan çıxarkən “Atletiko Madrid”in baş məşqçisi əvvəlcə tribunaya, sonra isə öz qulağına işarə etməyə başlayıb.
“Barselona” və “Real Madrid” 11 yanvarda keçiriləcək İspaniya Superkubokunun finalında qarşılaşacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 09 Yanvar 2026 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















